Bazar günü günü, 08 noyabr 2026
     

Roma Papasının yersiz "monastır narahatlığı" - 67 məscidə donuz buraxılanda harada idi Papa?..

Image


30 il erməni dəyirmanına su tökməklə məşğul olanlar bu yanlış addımlarını yenə də davam etdirirlər. Elə populyar fiqurlar erməni yalanını müdafiə edirlər ki, bu onların nə statusuna, nə də şəxsiyyətinə yaraşır. Götürək elə, sülhü təşviq etməli olan Roma Papasını. O heç bir vaxt ermənilərin yalançı mövqeyini dəstəkləməkdən yorulmayıb.

Azərbaycanın haqq səsinə sükutla yanaşan Papa, heç bir əsas olmadığı halda, Qarabağdakı monastırların dərdini çəkir. Belə ki, Vatikanın Müqəddəs Pyotr meydanında bazar günü xütbəsini bitirdikdən sonrakı çıxışında Roma Papası Fransisk  Qarabağda monastırları və dini ibadət yerlərini qorumağa və onlara hörmət etməyə çağırıb. Papa deyib ki, Qarabağdakı "böhranla" bağlı narahatlığı səngiməyib. Azərbaycanın 1 milyondan artıq məcburi köçkününü "görməyən" Papa qondarma "qaçqınlar" şousuna qoşulub. "Azərbaycana mən bu regionda monastır və ibadət yerlərinin qorunması üçün xüsusi müraciət etmək istərdim. 

Ümid edirəm ki, onlar yerli mədəniyyətin bir hissəsi, imanın ifadəsi və fikir ayrılıqlarına baxmayaraq, birlikdə yaşamağı mümkün edən qardaşlığın əlaməti kimi hörmət və qorunacaqlar"-deyib.

Ermənipərəst Papa Azərbaycan əraziləri işğalda olduğu dövrlərdə ermənilərin Azərbaycan məscidlərinin dağıtdığını, onları təhqir etdiyini, donuz damına çevirdiyini niyə görmürdü? İşğal dövründə 67 məscidə qarşı ermənilər tərəfindən vandalizm aktı törədilib, onlar mundarlanıb, təhqir edilib. İslam abidələrinə dünyada analoqu olmayan təhqiramiz davranışlar sərgilənib, bunları erməni vandalları edib, amma Roma kilsəsi buna reaksiya verməyib. Amma indi Vatikanda oturub Azərbaycana çağırış edir ki, monastırları qoruyun. 

Papanın narahatlığına heç bir əsas yoxdur. Biz öz torpaqlarımızdakı abidələri onlara dini mənsubiyyət fərqi qoymadan qoruyuruq. Digər tərəfdən də, bizim ərazidə erməni dini abidəsi yoxdur. 

Onu da bildirək ki, oktyabrın 5-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən mətbuata bildirilmişdi ki, Qarabağ iqtisadi rayonuna daxil olan bütün rayonlarda maddi-mədəniyyət nümunələri – abidələrin təhlükəsizliyi, mühafizəsi polis əməkdaşları tərəfindən təmin edilir.

Azərbaycan Respublikasının Xocavənd rayonu Cütcü kəndində Amaras, Kəlbəcər rayonunun Vəngli kəndində Gəncəsər monastırları və Xankəndi şəhərində yerləşən 1 kafedral və 1 kilsə qorunur.

Qeyd olunan ərazidə abidələrin mühafizəsi fasiləsiz olaraq diqqətdə saxlanılır. Bunu da ona görə xatırlatdıq ki, ermənipərəstlər əndişələrinin yersiz olduğunu görsünlər.

  • "Müsəlman məscidlərinə qarşı Ermənistanın törətdiyi vandalizm aktlarını görə bilməyən Papa necə olur ki, hansısa uydurma təhlükədən danışır, monastırların "vəziyyətindən" əsassız narahatlıq ifadə edir?"

AMEA-nın Qafqazşünslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Roma Papasının  "monastır narahatlığı" yersizdir və o, dini lider kimi başqa yolu tutmalı idi. "Hələ 44 günlük Vətən müharibəsi dövründə xaricdəkilər hay-küy salırdılar ki, Qarabağda xristian abidələrinə qarşı guya hansısa vandalizm var, onlar dağıdılır və sair. Bilirsiz ki, bunlar hamısı yalandan başqa bir şey deyil. Qarabağda Azərbaycan tərəfindən heç bir xristian abidəsinə toxunulmayıb. Bilirsiz ki, bütün abidələr kimi onlara da qayğı yüksək səviyyədədir. Qarabağdakı xristian abidələrin, kilsələrin, monastırların heç birinin ermənilərlə bağlılığı yoxdur, onlar qədim alban irsinə aiddir. İşğal dövründə ermənilər müsəlman irsi ilə yanaşı alban xristian irsinə də divan tutub. Bunu siz çox yaxşı bilirsiniz. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən isə, Qarabağdan ermənilərin könüllü köçü ermənipərəst qüvvələrin çirkin niyyətlərinə zərbə vurub. Azərbaycanın keçirdiyi lokal antiterror tədbirləri  onları ciddi narahat edir. Xristian dünyasını narahat edən nə xristian abidəsidir, nə də ermənilərin köçü, onların narahatlığına Azərbaycanın öz ərazilərində suveren hüquqlarını bərpa etməsi səbəb olub. Bu gün Azərbaycanın üçrəngli bayrağı Xankəndidə dalğalanır, erməni yanlıları da əndişəyə salan bu oldu, çünki bütün planları alt-üst  oldu". 

Q. Hacıyevin sözlərinə görə, 30 ildə ermənilər alban abidələrini erməniləşdirməyə cəhd ediblər, bununla yanaşı orada qondarma tikililər inşa ediblər, bu isə onların tarixi irsi sayıla bilməz. 

Papanın bəyanatına gəlincə, Q.Hacıyev qeyd etdi ki, abidələrin birinə də zaval gəlməyib, amma xristian dünyasında bəziləri "təhlükədən" danışır, bu da əsassızdır. "Roma Papasının da əsassız narahatlığı bir daha sübut edir ki, onlar çox güclü xristian həmrəyliyi nümayiş etdirirlər. Təsəvvür edin ki, ermənilər xristian monastırlarının  guya  "təhlükədə olması" xəbərini birbaşa Vatikana çatdırırlar, Roma Papası da erməni yalanına uyub reallıqdan uzaq bəyanat verir, çağırış edir. 

Neçə il Azərbaycan torpaqları Ermənistanın işğalı altında qaldı, şəhərlərimiz, kəndlərimiz, abidələrimiz dağıdıldı, muzeylərimiz talandı, ərazilərimiz mina tarlasına çevrildi, amma biz Roma Papasının Ermənistana hər hansı bir çağırışının şahidi olmadıq. Müsəlman məscidlərinə qarşı Ermənistanın törətdiyi vandalizm aktlarını görə bilməyən Papa necə olur ki, hansısa uydurma təhlükədən danışır, monastırların "vəziyyətindən" əsassız narahatlıq ifadə edir? Bu çox təəccüblü görsənir. Maraqlıdır ki, Azərbaycanla bağlı məsələlərə göz yumanlar qondarma erməni iddialarına dəstək çıxırlar.

Bakının mərkəzində erməni kilsəsi var, onun bir çöpünə də toxunulmayıb, amma ermənilər bizim bir dənə məscidimizi də salamat qoymayıb.

Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Qarabağ həmişə Azərbaycanın olub, buradakı abidələr də, digər tikililər də Azərbaycanındır. Hələ qondarma Dağlıq Qarabağ Muxtar Vilayətinin vaxtında da o ərazilərdə bütün tikinti quruculuq işləri Azərbaycan Respublikasının vəsaiti hesabına aparılıb. Bundan sonra da elə olacaq. Odur ki, o ərazilər həmişə Azərbaycan dövləti tərəfindən inkişaf etdirilib. Dediyim kimi, oradakı xristian abidəsi də Azərbaycan xalqına məxsusdur. Bunun ermənilərə nə aidiyyəti var? Əgər Papa Qarabağdakı dini abidələrin dərdini, qəhrini çəkirsə, onlardan narahatdırsa, qətiyyən yersiz narahat olmasın. Biz  bu abidələri öz xalqımız yaratdığı üçün tarixlər boyu qoruyub saxlamışıq, mühafizə etmişik, bir daşına, ağacına belə toxunmamışıq. Papanın az da olsa insafı, obyektivliyi varsa, özü yaşlıdır gələ bilməsə də, nümayəndəsini Qarabağa göndərsin. O vaxt dedilər UNESCO-nun nümayəndələri gələcək, gəlmədilər. Gec deyil, Papa indi də nümayəndə göndərə bilər. Onun nümayəndəsi bölgəyə gəlsin və Qərbi Azərbaycanda bizim dini abidələrə tutulan divanı görsün, Qarabağda müsəlman abidələrinə qarşı edilən vandalizmin izlərini müşahidə etsin. Qərbi Azərbaycanda məhv edilən abidələrin, məscidlərin şəkilləri var. Qarabağda qoç daşlardan nişan daşlara qədər hamısını ermənilər  ya dağıtdılar, ya da Ermənistana daşıyıb apardılar. Belə şeylər var. Ona görə də, Papanın narahat olmağının heç bir əsası yoxdur, orada nə qədər xristian abidəsi varsa onlar Azərbaycan xalqına məxsusdur, ulu babalarımız yaradıb. Ona görə də biz onları qoruyacağıq, kim də istəyir, Azərbaycan dövlətinin icazəsi ilə onları ziyarət edə bilər. Elə Papanın özü də gəlib onları ziyarət edə bilər, təbii, əgər istəyərsə"-deyə Q. Hacıyev əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış edirlər - CANLI YAYIM

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ