Cümə günü, 04 sentyabr 2026
     

Böyük Qayıdışın daha təhlükəsiz və sürətli mərhələsi başlayır...

Image


Keçmiş məcburi köçkünlər uzun illər geri qayıdışın, yenidən öz el-obalarına, kəndlərinə, rayonlarına, şəhərlərinə qayıdacaqları günün xəyalı ilə yaşayıblar. Bu müqəddəs günü 30 ilə yaxın gözləyiblər. Amma bir gün onların xəyalları gerçəkləşib, qarlı, şaxtalı, yağışlı-yağmurlu gündə ayağı yalın, başı açıq öz evini tərk etməyə məcbur olan vətəndaşlarımız bu gün öz yurdlarına ləyaqətlə qayıdırlar.

Məlum olduğu kimi, proses Prezident İlham Əliyevin Sərəncamı ilə qəbul edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Ermənistanın təcavüzü nəticəsində ölkəmizin bir ucundan o biri ucuna qaçmaq məcburiyyətində qalan məcburi köçkünlər torpaqlarımız işğaldan azad edildikdən sonra məcburi köçkün adını üstlərindən atıb keçmiş məcburi köçkün statusu qazandılar.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

  • “...İlin sonuna qədər onların sayı 5500-ə çatdırılacaq”

İndiyə qədər azad ərazilərə nə qədər əhali köçüb? İlin sonuna qədər nə qədər keçmiş məcburi köçkünün qayıdışı nəzərdə tutulur?

Prezident İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı “artıq 2000-dən çox keçmiş məcburi köçkün evlərinə qayıdıb və ilin sonuna qədər onların sayı 5500-ə çatdırılacaq...Bu gün biz şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu, ilk növbədə onu göstərir ki, Azərbaycan xalqı öz vətəninə nə dərəcədə bağlıdır. Onlar öz vətənlərində, əcdadlarının vətənlərində yaşamaq istəyirlər”-deyə bildirib.

  • “Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır”

Prezident İlham Əliyev 10 oktyabr tarixində Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə də keçmiş məcburi köçkünlərin geri qayıdışı məsələsinə xüsusi tpxunub: “...İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır”.

Füzuli şəhərində artıq inşası başa çatmış məktəbə və tikilməkdə olan yaradıcılıq mərkəzinə görə qardaş Özbəkistana və Qazaxıstana təşəkkür edən dövlətimizin başçısı bunu ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürü kimi qiymətləndirib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Oktyabrın 13-də  növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 62 nəfər köçürülüb.

Oktyabrın 14-də də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 28 ailə - 117 nəfər köçürülüb.

Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 258 ailə, yəni 928 nəfərin daimi məskunlaşması təmin edilib.

Oktyabrın 16-da Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

Bu mərhələdə Laçına daha 26 ailə (96 nəfər) köçürülüb.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Laçın şəhərində 272 ailə, yəni 1052 nəfərin daimi məskunlaşması təmin edilib.

  • Böyük Qayıdışın daha sürətli mərhələsi başlanır...

“Böyük Qayıdış” proqramının yüksək səviyyədə icra olunduğunu deyən “Qarabağa aparan yol” qəzetinin baş redaktor müavini, yazıçı-publisist Fariz Çobanoğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “Böyük Qayıdış” proqramının müəllfi Prezident İlham Əliyevdir və o, 20 illik Prezidentliyi dövründə bizi o torpaqlara addım-addım yaxınlaşdırdı və nəhayət torpaqlarımız azad edildi. “Biz uzun illər öz torpaqlarımıza qovuşacağımız günün həsrətilə yaşamışıq. 44 günlük Vətən savaşında torpaqlarımız işğaldan azad edildi. Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun işğaldan azad etdiyi rayonlardan biri də doğulduğum Cəbrayıl rayonudur. Bu bizi hədsiz dərəcədə sevindirdi və artıq bizim öz yurdumuza, yuvamıza qayıdışımız başlayıb. Zəngilan, Laçın, Füzuli və başqa rayonlarımıza əhalimiz geri qayıdıb, təbii ki, proses mərhələli şəkildə gedir. Cəbrayılda da yenidən qurma və bərpa işləri gedir. Məlumatıma görə, şəhərin baş plana əsasən, 2026-cı ilin sonunadək şəhərdə təqribən 3 800 nəfərin yerləşəcəyi, 2040-cı ilin sonuna qədər isə 15 000 sakinin yaşayacağı gözlənilir. Əlbəttə, bu bizi sevindirir, kəndlərimiz bərpa edilir, ərazilərimizdən erməni vandallarının izləri silinir. Bilirsiz ki, Azərbaycan dövləti bu işi təkbaşına edir, beynəlxalq qurumlar yenə də bizim işlərə dəstək vermək istəmir. Amma Azərbaycan dövləti bu istiqamətdə geniş fəaliyyətini davam etdirir, azad ərazilərimiz tamamilə yenidən qurulur, artıq qurulanlar da var. Biz Laçında. Zəngilanda, Şuşada görülən işləri qeyd edə bilərik.

Lokal antiterror tədbirlərindən sonra Xankənidə də artıq azaddır, Xankəndidə Azərbaycan bayrağı dalğalanır. Ali Baş Komandanımız  İlham Əliyev oktyabrın 15-də Xankəndidən Azərbaycan xalqına müraciət etdi. Artıq biz torpaqlarımızın bütünlüyünü təmin etmişik. Bu gün keçmiş məcburi köçkünlərin geri qayıdışı üçün təhlükə artıq arxada qalıb. Hesab edirəm ki, Xankəndiyə, Xocalıya, Ağdərəyə və başqa yerlərimizə də Böyük Qayıdış başlayacaq. Artıq orada təhlükəsizliklə bağlı problem yoxdur. Müsbət haldır ki, biz uzun illərdən sonra bütün ərazilərimizə qayıtdıq.   

Düzdür, hələ mina təhlükəsi var və onu da öz gücümüzə aradan qaldırırıq. Amma beynəlxalq aləm bizə dəstək olmalıdır”-deyə F.Çobanoğlu qeyd etdi. 

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

Aqrar sektorumuzdan getməyən ət problemi - bahalaşma davam edir, heyvan sayı azalır...

SON XƏBƏRLƏR

04.09.2026 / 15:52
Rusiya TRİPP-lə bağlı əndişəsini gizlətmir - bu dəfə Şevtsov dilləndi

04.09.2026 / 15:12
ABŞ-İran savaşının qızışması neft qiymətlərini yenidən kəllə-çarxa çıxarır

04.09.2026 / 14:57
Minatənizləmə üzrə beynəlxalq Bakı konfransının yekun sənədində mühüm maddə...

04.09.2026 / 14:33
Azərbaycanlı professor “The Guardian”ı fakt qarşısında qoydu - Qarabağla bağlı təhriflərə etiraz olundu

04.09.2026 / 14:23
Külli miqdarda qızılı Türkiyəyə keçirmək istəyən qrup üzvlərinə hökm oxundu - Naxçıvanda

04.09.2026 / 14:16
"Brutto müqavilə" modeli AYNA-nı saysız ictimai qınaqlardan necə qurtara bilər...

04.09.2026 / 13:50
Almaniya Ukrayna üçün hücum dronlarının kütləvi istehsalına başladı - beş min…

04.09.2026 / 13:36
Azərbaycan-ŞƏT əməkdaşlığının geosiyasi əsasları

04.09.2026 / 13:21
Ukrayna Soçidə "Rosneft"ə məxsus neft anbarını və HHM batalyonunu bombaladı...

04.09.2026 / 13:08
SOCAR ilk dəfə İtaliyadan Gürcüstana benzin idxal edib

04.09.2026 / 12:57
Macarıstan Ukraynanın Aİ-yə üzvlük prosesini üçüncü dəfə blokladı

04.09.2026 / 12:45
Axtarışda olan 2 nəfər Rusiyada saxlanaraq Azərbaycana gətirildi

04.09.2026 / 12:33
Polşa minə yaxın rus diplomatın Avropadan qovulmasını təklif etdi...

04.09.2026 / 12:17
Oman İranla Hörmüz razılaşmasından imtina etdi…

04.09.2026 / 12:05
İngiltərənin 1918-ci il Azərbaycan siyasəti və Bakı uğrunda döyüşlər

04.09.2026 / 11:42
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşdı

04.09.2026 / 11:25
Əvvəlki dövrlərdən bağlı qalan 36 cinayətin üstü açıldı...

04.09.2026 / 11:08
Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində mənzillərin güzəştlə satışına başlandı

04.09.2026 / 10:41
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bəyanat yaydı

04.09.2026 / 10:12
S&P: "Comstock"un SOCAR-la sövdələşməsi şirkətin kredit göstəricilərini yaxşılaşdıracaq"

04.09.2026 / 09:53
İrandan Rusiyaya narkotik daşıyanlar Biləsuvarda yaxalandı

04.09.2026 / 09:16
Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik etdi

04.09.2026 / 08:41
Mer ağcaqanadların məsuliyyətə cəlb olunması üçün əmr imzaladı...

03.09.2026 / 23:03
Ukraynanın iki əsas kəşfiyyat qurumunun əməkdaşları arasında Kiyevin ortasında kütləvi silahlı toqquşma – üç zabit güllələndi…

03.09.2026 / 22:23
Aİ İrana qarşı Trampın son addımlarını tam dəstəklədi - Ukrayna ilə bağlı “alver oyunu” var...

03.09.2026 / 22:05
ABŞ fevralda İranda 170 məktəblini bombalayıb öldürmüşdü, indi isə toy mərasimində 68 nəfər öldürüldü...

03.09.2026 / 21:48
Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

03.09.2026 / 21:32
Hörmüz boğazı bağlı qalır: ABŞ-ın nəzarət iddiası niyə təsdiqlənmir?

03.09.2026 / 21:19
Putin Qarabağdan köçmüş ermənilərin məsələsini birdəfəlik qapatdı - “Əliyev onlara pislik etməyəcəkdi”...

03.09.2026 / 21:01
Region uşaq anestezioloqlar bu aydan 3 min manat maaş alacaqlar - 107 faiz artım...

03.09.2026 / 20:54
Tramp son 100 ildə heç bir Amerika prezidentinin etmədiyini etdi...

03.09.2026 / 20:31
İrəvan məhkəməsində “müqəddəslərin işi” dalana dirənib - üçüncü hakim də imtina etdi

03.09.2026 / 20:23
Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

03.09.2026 / 20:19
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - MEDİA bəyanat yaydı....

03.09.2026 / 20:12
Üçtərəfli işçi qrup fəaliyyətini bərpa edir?

03.09.2026 / 20:06
Paşinyandan Kremlə qəti mesaj – Aİ-yə qoşulmaqla bağlı qanundan imtina etməyəcəyik…

03.09.2026 / 19:36
Mehriban Əliyevanın islahatlarında region həkimləri üçün daha bir avantaj - 1,3 əmsal...

03.09.2026 / 19:18
İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

03.09.2026 / 19:04
İrandan ABŞ-a ağır zərbə - iki ölkədə bazalar bombalandı…

03.09.2026 / 18:47
Paşinyan Avropa qanunu ilə Rusiyanı aldatdı - hər şey aylar sonra açılır...

03.09.2026 / 18:20
Tramp Hörmüz boğazından neft tam bərpa olunduğunu iddia edir...

03.09.2026 / 18:05
Rusiyada daha bir səs-küylü sui-qəsd cəhdi - Aviasiya generalı Saratovda güllələndi...

03.09.2026 / 17:49
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğluna cinayət iş açıldı…

03.09.2026 / 17:31
Neft kəmərindən oğurluğa cəhd edib, yanğına səbəb oldular... Polis 2 nəfəri saxladı - VİDEO

03.09.2026 / 17:14
Vanuatu Fransanı Beynəlxalq Ədalət Məhkəməsinə verdi - müstəmləkəçi siyasət və...

03.09.2026 / 16:59
Ukrayna Rusiyanın hava məkanını blokadaya aldı - müharibə yeni keyfiyyət halı aldı...

03.09.2026 / 16:58
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

03.09.2026 / 16:24
Formula 1 müddətində bəzi məktəblərdə dərslər onlayn keçiriləcək

03.09.2026 / 16:12
Azərbaycan və ATƏT PA arasında əməkdaşlıq gündəliyi nəzərdən keçirilib

03.09.2026 / 15:34
Ermənistanda bir referendumla iki məsələni həll etmək dilemması yaşanır...

03.09.2026 / 15:17
Ermənistanın Rusiya ilə AB arasında seçimi və Azərbaycanın böyük layihələrinə təsir - şərh...

03.09.2026 / 15:15
Azərbaycana gələn turistlərin coğrafiyası əsaslı dəyişilir - sektorun iç problemləri isə qalır...

03.09.2026 / 15:08
Aqrar sektorumuzdan getməyən ət problemi - bahalaşma davam edir, heyvan sayı azalır...

03.09.2026 / 14:52
Paşinyan Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatının baş tutduğunu açıqladı

03.09.2026 / 14:47
Vətən üçün yaşayanlar unudulmur...

03.09.2026 / 14:42
Valeh leriklilərin qürur yeridir...

03.09.2026 / 14:40
Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi

03.09.2026 / 14:36
Tramp İranla "əbədi müharibə"yə başladı - onlarla münaqişəni bitirməyə çalışmayacağam...

03.09.2026 / 14:20
Yol polisi "Diqqət, uşaqlar!" devizi altında təhlükəsizlik aylığı keçirəcək

03.09.2026 / 14:17
Putin Ukrayna ilə sülh danışıqları üçün şansın olduğunu bildirir...

03.09.2026 / 13:52
Paşinyan 102-ci bazanın Ermənistandan çıxarılmasından danışdı - Rusiya qərar versə, etiraz etməyəcəyik…

03.09.2026 / 13:28
ABŞ-İran müharibəsi uzunmüddətli münaqişəyə çevrilir - Vaşinqtonun İran adalarını ələ keçirmək üçün yerüstü əməliyyat planı ortaya çıxdı…

03.09.2026 / 13:11
Ermənistan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edəcək? - Rusiya XİN-dən açıqlama…

03.09.2026 / 12:50
Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına 13 il iş verildi

03.09.2026 / 12:38
ABŞ məhkəməsi Trampın "doğum turizmi"ni qadağan edən fərmanını dayandırdı...

03.09.2026 / 12:21
Mərkəzi Bank “İşgüzar Kredit İttifaqı”nın lisenziyasını ləğv etdi

03.09.2026 / 12:08
"Humanitar minatəmizləmə həm də bərpanın başlanğıcıdır" - UN-Habitat-ın regional direktoru

03.09.2026 / 11:56
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlandı....

03.09.2026 / 11:44
Zelenskinin xəbərdarlıqlarından sonra Moskva aeroportları ikinci gecə də uçuşları dayandırdı

03.09.2026 / 11:35
Azərbaycan Ermənistana 989 ton dizel göndərdi...

03.09.2026 / 11:22
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul etdi - FOTO

03.09.2026 / 11:17
Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

03.09.2026 / 10:45
Üç yaşlı uşağın qopmuş əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edildi

03.09.2026 / 10:31
"Mina təhlükəsi heç bir ölkənin təkbaşına öhdəsindən gələ bilməyəcəyi qədər böyük bir çağırışdır" - Elçin Əmirbəyov

03.09.2026 / 10:25
AKİ-də nə baş verir? - “İttifaqa girməyə icazə verilmir”

03.09.2026 / 10:12
Azərbaycan neftinin qiyməti 101 dolları keçdi

03.09.2026 / 10:04
Tramp müharibənin sonuna yaxın Putinlə görüşmək istəyir…

03.09.2026 / 09:48
Lavrov Avrokomissiya prezidentini “fürer” adlandırdı…

03.09.2026 / 09:22
Sabunçuda avtomobildən 78 min manat apardılar...

03.09.2026 / 09:05
Ərdoğan Putini Türkiyəyə dəvət etdi…

03.09.2026 / 08:49
İran Küveytə hücum edib - raket və PUA-ları vurmağa çalışırıq...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ