Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Laçın keçid məntəqəsinin guya "qanunsuz olması" və "bütün Azərbaycan silahlı qüvvələrinin Laçın yolundan çıxarılması" tələbi ilə bağlı Ermənistanın 12 may 2023-cü il tarixli vəsatətini rədd edib.
Bu barədə "Bakı-Xəbər"ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.