Baş nazir Paşinyan hökumətin 6 iyul iclasında Azərbaycan prezidentinə guya cavab verib, lakin çox uğursuz və özünüifşa edən nəticə alınıb.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Deyib ki, Qarabağda "Ermənistan ordusu yoxdur, Dağlıq Qarabağın özünümüdafiə ordusu var"...
1. Bəs bu "özünümüdafiə ordusunun pulunu kim verir, Paşinyan?..
2. Bəs iyunun 27-də məhz öz təxribatınız nəticəsində Ağdamda ölmüş iki erməni əsgərinin cəsədini İrəvana niyə apardın, Paşinyan? Özünümüdafiə ordusunun əsgərləri idisə onlar məntiqlə Xankəndidə basdırılmalı deyildilər, Paşinyan?...
Tahir TAĞIYEV