Ermənistan mediası ABŞ səfirinin kiçik açıqlamasını yayıb. Səfir mətnin bir yerində "Dağlıq Qarabağ xalqı", digər yerində "Dağlıq Qarabağ əhalisi" ifadələrini işlədir.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Ola bilər ki,
1. Səfir bu boyda səhvə yol versin və xalq, əhali sözlərinin fərqini bilməsin?..
2. Səfir bilmir ki, Dağlıq Qarabağ ifadəsi Azərbaycanın "qırmızı xəttidir?..
Görək, ziddiyyətlərə kim və necə aydınlıq gətirəcək...
Tahir TAĞIYEV