Cümə axşamı günü, 10 sentyabr 2026
     

Ukrayna-Gürcüstan diplomatik çəkişməsində qazanan kim olacaq? - Abutalıb Səmədov yazır...

Image


Ukrayna ilə Gürcüstan arasında münasibətlər gərginləşməkdə davam edir. Gürcüstan Xarici İşlər Nazirliyi Ukraynanın Gürcüstan səfirinə məsləhətləşmələr üçün Tiflisə qayıtmaq tövsiyəsini münasibətlərin kəskinləşməsinin ekstremal forması adlandırıb.

Bu barədə Gürcüstan XİN-in yaydığı bəyanatda bildirilib: “Xarici İşlər Nazirliyi Ukrayna hakimiyyətinin Gürcüstan səfirini məsləhətləşmələr məqsədilə ölkə ərazisini tərk etmək qərarından dərin narahatlığını ifadə edir. Bu hərəkət diplomatik münasibətlərin kəskinləşməsinin ifrat formasıdır və təəssüf ki, rəsmi Kiyev dost dövlətə və xalqa qarşı bu addımı atır. Ukrayna hakimiyyətinin göstərdiyi səbəb bu qərarı xüsusilə anlaşılmaz edir. Strasburq Məhkəməsinin qərarı məhkum Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti ilə bağlı fərziyyələrə son qoyub və bu, Mixeil Saakaşvilinin hüquqlarının dövlət tərəfindən qorunmasının ən yüksək standartlara uyğunluğunu bir daha təsdiq edir. Bu cür hadisələrin fonunda Ukrayna hakimiyyətinin qərarı iki ölkənin strateji münasibətlərinə əhəmiyyətli dərəcədə xələl gətirir və suveren dövlətin daxili işlərinə birbaşa müdaxiləni ifadə edir. Ümid edirik ki, rəsmi Kiyev öz qərarına yenidən baxacaq və iki ölkə arasında tarixi dostluq münasibətlərinin daha da inkişafı üçün səy göstərəcək. Bir daha vurğulamaq istərdik ki, Gürcüstanın Ukraynanın və Ukrayna xalqının ərazi bütövlüyü və suverenliyinə dəstəyi sarsılmazdır. Müharibə başlayandan bəri Gürcüstan Ukraynaya həm ikitərəfli səviyyədə, həm də müxtəlif beynəlxalq formatlarda siyasi və humanitar dəstək verir. Rusiyanın hərbi təcavüzü şəraitində ən çətin anlarda belə Gürcüstanın Ukraynadakı diplomatik nümayəndəliyinin fəaliyyətini dayandırmaması da əlamətdar haldır”.

Qeyd edək ki, Kiyevdə Ukrayna Xarici İşlər Nazirliyində keçirilən görüşdə Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Georgi Zakaraşvili də Tiflisin rəsmi mövqeyini Ukrayna tərəfinə çatdırıb.

Nazirlik “Bir daha vurğulamaq istərdik ki, Gürcüstan gələcəkdə də müharibə şəraitində olan Ukraynaya həmrəyliyini və dəstəyini ifadə etməkdə davam edəcək. Məhz Ukrayna müharibənin aktiv fazasında olduğuna görə beynəlxalq münasibətlər və xüsusən də tərəfdaşları qarşısında böyük məsuliyyət daşıdığını dərk edən Gürcüstan tərəfi bu mərhələdə Ukraynanın atdığı addımlara cavab olaraq hər hansı əlavə reaksiyadan çəkinir və bundan sonra ikitərəfli münasibətlərin kəskinləşməsi, onsuz da mövcud olan çətin vəziyyəti dalana dirəyəcək”, - qeyd edib.

Ukrayna Xarici İşlər Nazirliyinin sabiq prezident Mixail Saakaşvilinin səhhəti ilə bağlı, Gürcüstan hakimiyyətinin ona göstərdiyi hüquqazidd münasibətlə əlaqədar Gürcüstan səfirini öz ölkəsinə məsləhətləşmələr üçün göndərməsi diplomatiyada ən kəskin addımlardan sayılır. Bunun kökündə şübhəsiz ki, təkcə Mixail Saakaşviliyə olan münasibət dayanmır. Baxmayaraq ki, Saakaşvili Ukrayna vətəndaşıdır və bu səbəbdən Ukraynanın belə mövqe tutması tamamilə əsaslıdır. Ancaq Ukrayna-Gürcüstan münasibətləri son bir ildə addım-addım gərginləşməyə başlayıb və Gürcüstanın Rusiyaya yaxınlaşmaq cəhdləri, Rusiya ilə münasibətləri qaydaya salmaq istiqamətində addımları Ukraynada çox kəskin narazılıq doğurub. Göz qabağındadır ki, Gürcüstan Rusiya ilə konfrontasiya siyasətinin ona xeyir verməyəcəyini gördü, anladı ki, Qərb hələ uzun müddət onun Abxaziya və Cənubi Osetiya ilə bağlı problemini həll eləmək fikrində deyil, Avropa İttifaqı Gürcüstanın qəbulu məsələsini uzatmaqda davam eləyəcək. Bu səbəbdən Tiflis Rusiyaya yaxınlaşmaqdan başqa yol görmədi. Baxmayaraq ki, elə əvvəlcədən Bdizina İvanişvili və onun rəhbərlik elədiyi qurum rusiyameylli hesab olunurdu. Lakin ilk dövrlər bu iddiaları sübut eləyəcək elə bir ciddi addım atılmamışdı. Artıq Rusiyaya meyllilik göz önündədir. Doğrudur, kəskin addımlar atılmasa da, hər halda, Gürcüstanın Rusiya əleyhinə sanksiyalara qoşulmaması çox ciddi nəticələrə gəlmək imkanı verir. Ukrayna-Gürcüstan münasibətlərinin pozulmasında maraqlı olan və bundan qazanclı çıxacaq tərəf isə şübhəsiz Rusiyadır. Rusiya Ukraynaya qarşı koalisiyanı genişləndirmək istəyir. Baxmayaraq ki, bu koalisiyada son dərəcə az dövlət var və onları hətta koalisiya adlandırmaq da mümkün deyil. Ancaq hər halda, Ukraynanı dəstəkləməyən dövlətlərin sayının artması və MDB məkanında Qərbə ən çox meyl eləyən Gürcüstanın belə mövqe tutması təbiidir ki, Rusiyanın maraqlarına cavab verir, Moskvanın mövqelərini möhkəmləndirir və Rusiya bu hadisələrdən ən ciddi nəticə gözləyən ölkədir.

Gürcüstan Xarici İşlər Nazirliyinin ilkin reaksiyası da göstərir ki, onların da geri çəkilmək fikri yoxdur və bu münasibətlər çox güman ki, diplomatik münasibətlərin pozulmasına qədər gətirib çıxara bilər. Bundan da Rusiya faydalanacaq, Gürcüstan şübhəsiz ki, itirəcək. Çünki nə qədər Rusiyaya yaxınlaşsa da onun Abxaziyanı və Cənubi Osetiyanı qaytarmaq fikri hələ ki görünmür və çox güman ki, tam tərkibdə keçmiş Gürcüstan ərazilərini geri qaytarmaq mümkün olmayacaq.

Abutalıb Səmədov



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Tramp İran və Ukrayna uğursuzluğunu Bakı-İrəvan sülhü ilə kompensasiya edəcək? - noyabradək...

Ermənistan Rusiya əleyhinə Avrasiya İqtisadi İttifaqı tarixində görünməmiş tədbirə əl atdı...

Azərbaycan DİN-ə ABŞ-dan böyük etimad...

SON XƏBƏRLƏR

10.09.2026 / 15:45
Ermənistan ABŞ-İran savaşının yeni döyüş meydanına çevrilir

10.09.2026 / 15:42
Beynəlxalq müstəvidə dövlət maraqlarının uğurlu müdafiəsinin Azərbaycan modeli formalaşır

10.09.2026 / 15:35
Birinci Qarabağ müharibəsi şəhidləri ilə bağlı 10 cildlik kitab buraxılcaq...

10.09.2026 / 15:25
Azərbaycanın Xəzər limanları təhlükədə - dayazlaşır, gəmilərin yan alması çətinləşir...

10.09.2026 / 14:40
İranda şiə-sünni müharibəsi salmaq planı deşifrə olundu...

10.09.2026 / 14:34
Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya qrafiki dəyişə bilər - Zəngəzur dəhlizi önə çıxacaq...

10.09.2026 / 14:26
Prezident qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqlədi

10.09.2026 / 14:16
Trampın müşavirləri xəbərdarlıq etdi – İran müharibəsi 2029-a qədər uzana bilər…

10.09.2026 / 14:08
Ukrayna Xəzərdə Şimal-Cənub nəqliyyat dəhlizində əsas halqalarından birini vurdu…

10.09.2026 / 13:35
Qara dənizdə daha bir yük gəmisi vuruldu - iki azərbaycanlı həlak oldu

10.09.2026 / 13:23
Qərb xüsusi təyinatlılarının Bolqarıstan və Serbiyadakı gizli kamplarda rus əsgərlərinə təlim keçdiyi ortaya çıxdı - NATO-da görünməmiş qalmaqal…

10.09.2026 / 13:06
Baş nazir Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb

10.09.2026 / 12:54
Dəyişən dünyanın mərkəzində Azərbaycan var

10.09.2026 / 12:37
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik etdi

10.09.2026 / 12:25
Tramp Hörmüzün adını öz şərəfinə dəyişdirəcəyinə söz verdi – “İran rəhbərliyi də məmnun olacaq”…

10.09.2026 / 12:17
Azərbaycanda məsafədən kreditlərin qaydaları dəyişir

10.09.2026 / 12:05
Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışını etdi - FOTO

10.09.2026 / 11:50
Respublikaçılar seçkilərdə qalib gəlsə, hər bir amerikalı 5 min dollar alacaq - Tramp vəd verdi…

10.09.2026 / 11:42
İran İordaniyada ABŞ-ın 10-a yaxın hərbi təyyarəsini vurdu…

10.09.2026 / 11:15
Rusiya Azərbaycan vasitəsilə Ermənistana arpa və buğda göndərdi...

10.09.2026 / 11:12
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyyənləşdi

10.09.2026 / 11:07
Azərbaycan nefti bahalaşdı...

10.09.2026 / 10:52
İran bu dəfə ABŞ hərbi gəmilərini elektro-optik raketlərlə vurdu…

10.09.2026 / 10:45
Baş nazirdən müxalif liderə “İsrail mesajı” - mən it ola bilərəm, amma sahibim yoxdur…

10.09.2026 / 10:31
Trampın xüsusi elçilərinin 8 Moskva səfəri nəticə vermədi - oyuna MKİ direktoru daxil olur…

10.09.2026 / 10:31
Xəzərdə zəlzələ oldu

10.09.2026 / 10:25
Avropa yol ayrıcında: Almaniyada sağ dalğa, Ukraynada bitməyən müharibə

10.09.2026 / 10:16
"Sabah" Çempionlar Liqasında ilk oyununa çıxır

10.09.2026 / 10:05
NATO ölkəsi açıqladı - Zelenskinin təyyarəsi dron hücumundan son anda qurtuldu…

10.09.2026 / 09:44
“Şəki yaylası”dakı faciənin detalları açıqlandı - Baş Prokurorluq işi açdı...

10.09.2026 / 09:30
İranın bir çox bölgəsində gecə yarısı partlayış səsləri eşidildi…

10.09.2026 / 09:18
Xocalıda minatəmizləmə zamanı partlayş baş verdi - ANAMA əməkdaşı yaralandı... - YENİLƏNDİ

10.09.2026 / 08:42
Şükürbəyli kəndinə növbəti köç karvanı yola salındı

09.09.2026 / 23:10
Rusiya Azərbaycanın Orta Dəhlizinə alternativ yaradır - Yeni Transaltay Orta Nəqliyyat Marşrutu... 1100 km...

09.09.2026 / 22:56
Türkiyə, Pakistan və Səudiyyə İranın dəstəklədiyi Yəmən husilərini vura bilər - İslamabad xəbərdarlıq etdi...

09.09.2026 / 22:33
Almaniyada ifrat sağçılar addım-addım hakimiyyətə yaxınlaşır - ölkəni etirazlar bürüdü, kansler Trampla telefon danışığını ləğv etdi...

09.09.2026 / 22:15
Tramp İran və Ukrayna uğursuzluğunu Bakı-İrəvan sülhü ilə kompensasiya edəcək? - noyabradək...

09.09.2026 / 21:57
Ermənistan Rusiya əleyhinə Avrasiya İqtisadi İttifaqı tarixində görünməmiş tədbirə əl atdı...

09.09.2026 / 21:43
Avropa liderləri Trampı Putinlə Ankoric razılaşmasını pozmağa vadar etdilər...

09.09.2026 / 21:26
İrəvanla Moskva arasında Ukraynanın üstündə intriqa dərinləşir...

09.09.2026 / 21:11
2020-ci ildə Azərbaycanda Dövlət komissiyası yaradıldı, bu sahədə vəziyyət daha da pisləşdi...

09.09.2026 / 20:56
Trampın faşistyönümlü partiyaya simpatiyası Mertsi qəzəbləndirdi

09.09.2026 / 20:40
Orta Asiyanın türk dövlətlərindəki ABŞ səfirlərinə mərkəzdən təhlükəli tapşırıq verilib - tək Qırğızıstan...

09.09.2026 / 20:27
Tramp Rusiya və onun 5 müttəfiqinə qarşı “ticarət sanksiyaları qanununu” təxirə saldı...

09.09.2026 / 20:14
Kremldən görünməmiş hədə - “bu dəfə Avropa ilə müharibə çox qısa olacaq”...

09.09.2026 / 19:57
Suriyada silah anbarında güclü partlayış - 14 ölü, çox sayda yaralı var…

09.09.2026 / 19:44
Rusiyadan NATO-ya təhdid kimi açıqlama – biz hazırıq…

09.09.2026 / 19:30
Zəngəzur dəhlizində infrastruktur tikintiləri üçün yeni şirkət(?) yaradılır...

09.09.2026 / 19:14
Ermənistan TŞ-nin keçmiş katibi Qriqoryan beynəlxalq konsaltinq şirkətində baş məsləhətçi təyin edildi

09.09.2026 / 19:05
Avropa Birliyi Zelenskinin üzünə “Patriot”un qapılarını açdı...

09.09.2026 / 18:48
İran-ABŞ müharibəsinin "dəniz coğrafiyasi" genişlənir - neft 120-yə qalxdı...

09.09.2026 / 18:33
İvanişvilinin partiyasında baş nazirlərin arasında qətl ittihamı - Azərbaycanın da adı hallanır...

09.09.2026 / 18:22
Azərbaycan DİN-ə ABŞ-dan böyük etimad...

09.09.2026 / 18:05
İrandan Fars körfəzi ətrafında gəmilərə qarşı irimiqyaslı hücum – bir gecədə ondan çox gəmi vuruldu…

09.09.2026 / 17:43
Messi İspaniyada futbol klubu alır…

09.09.2026 / 17:28
Rusiya məhkəməsi Zelenskinin aparat rəhbərini üçüncü dəfə “həbs etdi”…

09.09.2026 / 17:14
Serbiya Prezidenti parlamenti buraxdı və seçki tarixini elan etdi…

09.09.2026 / 16:57
İrandan Türkiyəyə aparılan bitum yükündə 45 kq "patı" aşkarlandı

09.09.2026 / 16:53
Özəl sektorun iqlim fəaliyyətində rolu Bakıda müzakirə olundu

09.09.2026 / 16:44
İqtisadiyyatımızda az da olsa artım var, sənaye ümumiyyətlə artmır... Niyə?

09.09.2026 / 16:27
Neft sürətlə bahalaşır, ancaq iqtisadiyyatımızda artım yenə yavaşlayıb...

09.09.2026 / 16:13
Trampla Putinin də danışığı Ukrayna üzrə konkret nəticə vermədi...

09.09.2026 / 16:00
Özbəkistana qayıdan əmək miqrantları ilə bağlı təcrübə Azərbaycanda da təkrarlana bilər...

09.09.2026 / 15:57
Bakıda Dördüncü İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirildi - YENİLƏNDİ

09.09.2026 / 15:56
Ali dini liderin qohumu Pezeşkianın istefasını tələb etdi - parçalanma?..

09.09.2026 / 15:46
Azərbaycan polisi AMERİPOL-un platformasında müşahidəçi statusu qazandı

09.09.2026 / 15:24
Prezident və Birinci xanım Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar

09.09.2026 / 14:50
Rusiya Azərbaycan üzərindən Ermənistana arpa və buğda göndərəcək

09.09.2026 / 14:07
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub - FOTO

09.09.2026 / 14:07
Tramp Almaniyada ifrat sağçıların qələbəsini "böyük uğur" adlandırdı...

09.09.2026 / 13:49
"Azərbaycan iştirakı olmadan TRIPP-in icrası mümkünsüzdür" - Ceyhun Bayramov

09.09.2026 / 13:47
İrandan ABŞ-da ağır zərbə - ölən və yaralanan əsgərlərin sayı artır...

09.09.2026 / 13:40
Azərbaycan və Ermənistan razılığa gəlib - sərhədlərin delimitasiyası şimaldan başlayacaq...

09.09.2026 / 13:33
Rusiya Ukrayna-Moldova sərhədində nəzarət-buraxılış məntəqəsini bombaladı, ölənlər var…

09.09.2026 / 13:20
Ceyhun Bayramov yaxın zamanda Mirzoyanla görüşəcək...

09.09.2026 / 13:12
Ceyhun Bayramovdan Ermənistanda Konstitusiya referendumu ilə bağlı açıqlama - gözləyirik...

09.09.2026 / 13:08
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyarda yaxınlaşır

09.09.2026 / 12:56
Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir

09.09.2026 / 12:31
“Şahdəniz” Böyük Britaniyanın İrana qarşı yeni sanksiyalarından istisna edildi

09.09.2026 / 12:10
"Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur" - Prezident

09.09.2026 / 12:06
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib

Beynəlxalq müstəvidə dövlət maraqlarının uğurlu müdafiəsinin Azərbaycan modeli formalaşır

XƏBƏR ARXİVİ