Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda Nazirlər görüşündə Fransanın fəaliyyətini kəskin tənqid edib:
“Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır”.
Prezident bildirib ki, özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır: “Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi”.
Fransanın “Orientalizm” müstəmləkəçilik siyasətini Cənubi Qafqaz regionunda tətbiq etmək istəyinin əsl mahiyyətinin ifşa olunmasında Prezidentin fikirlərinin nə kimi əhəmiyyəti var?
Politoliq Samir Hümbətov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sözügedən tədbirdə Azərbaycan Prezidenti açıq mətnlə Fransanın koloniolizm siyasətini tənqid etdi: “Onun həm Afrikada, həm də Cənubi Qafqazda təzahürlərinin yaratmış olduğu neqativ halları açıq şəkildə ifadə etməsi ondan xəbər verir ki, Fransanın tutduğu mövqe bu gün öz daxilində baş verən proseslərlə üzvi şəkildə bağlıdır. Bundan əlavə, Fransanın Afrika qitəsində, Əlcəzairdə, eyni zamanda digər Afrika ölkələri olan Malidə və s. törətdiyi amansız işgəncələr, Ruandada son illər etdiyi qətliamlar hər biri açıq mətnlə həkk olunur. Təbii ki, Fransa özünü guya demokratiyanın beşiyi hesab edirdi. Amma bunu bir kənara qoyub, törətdiyi qətliamları açıq şəkildə nümayiş etdirmiş oldu. Parisdə olan muzeydə 1,5 milyon azadlıq mücahidinin kəllə sümüklərinin saxlanması ondan xəbər verir ki, Fransa həm də terrorçu xislətə malikdir və törətdiyi qətliamlardan da həzz alır. Azərbaycan Prezidentinin bu ifadələri söyləməsi həm də Cənubi Qafqazın Fransanın istədiyi formada idarə olunmadığını göstərmiş olur. Burda bir Azərbaycan amilinin, reallığının önə çıxdığını görmək olur. Burda həm də Azərbaycan Prezidenti həmin bölgəmizin xalqlarına, millətlərinə, həmçinin burda olan gürcülərə, ermənilərə mesaj verir ki, bu məsələdə ayıq olsunlar. Gələcəkdə Fransanın yaratmış olduğu təhdidləri əvvəlcədən göstərmiş olur. Çox geniş bir mövzudur. Azərbaycan Prezidentinin belə bir zamanda bu mövzuya toxunması həm də onu göstərir ki, Fransa tək öz ölkəsində deyil, dünyanın müxtəlif yerlərində öz maraqları naminə bu cür hərəkətlərlə xalqları, millətləri qırğına vermək istəyindədir. Düşünürəm ki, bunların hər biri dünən keçirilən toplantıda açıq şəkildə bildirildi və əslində bundan sonra koloniolializm siyasətinin qarşısının alınmasında xüsusi vasitəyə çevriləcək. Dünən Azərbaycan prezidentinin söylədiyi fikirlər yeni çağırışlar dönəmində əsas konsepsiyalardan birinə çevriləcək”.
Məhəmmədəli QƏRİBLİ