Fransada hazırda baş verən iğtişaşlar sosial vəziyyətin təzahürüdür.
Trend-in məlumatına görə, bu barədə “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda tədbir sonrası keçirilən mətbuat konfransı zamanı Fransa Respublikasının Milli Assambleyasının deputatı Jean Victor Castor deyib.
“Artıq 4-cü nəsildir ki, Fransa siyasətindən əziyyət çəkir. Biz hər birimiz Fransa siyasətinin qurbanlarıyıq. Polis hərəkatına qarşı fikir bildirsək də, Makron deyəcək “Xeyr elə bir şey yoxdur”. Fransada öldürülən gəncin milliyəti əsas deyil. Əsas olan odur ki, bir gənc öldürülüb. Fransa zorakılığı hələ də davam edir”,- deyə o əlavə edib.