Cümə günü, 19 iyun 2026
     

Son il­lə­rin səs­li na­ğıl­la­rı­mız­da özü­nü gös­tə­rən qü­sur­lar...

Image


El­dost Bay­ram: "Pe­şə­kar­lıq sə­viy­yə­sin­dən uzaq təq­dim edi­lən səs­li na­ğıl­lar mə­sə­lə­si mə­ni də na­ra­hat edir"

Zül­fiy­yə El­dar­qı­zı: "İn­di səs­li na­ğıl­lar ol­duq­ca aşa­ğı sə­viy­yə­də təq­dim edi­lir"

 

Hər bir yaş­da səs­li na­ğıl­la­rı din­lə­mək ada­ma çox xoş tə­sir gös­tə­rir. Səs­lər alə­mi­nin ya­rat­dı­ğı bu mö­cü­zə din­lə­yi­ci­də na­ğıl­la­rı­mı­za sev­gi hiss­lə­ri ya­ra­dır. Çox­la­rı­mız uşaq vax­tı oxu­du­ğu­muz na­ğıl­la­rı, üs­tə­lik, ra­dio­da da ak­tyor və bə­dii qi­ra­ət­çi­lə­rin ifa­sın­da din­lə­yir­dik­sə, bu bi­zə müs­bət tə­sir edir­di.

Zən­gin na­ğıl kül­liy­ya­tı­na sa­hib olan Azər­bay­can xal­qı­nın əsr­lər uzu­nu ya­rat­dı­ğı na­ğıl­la­rın hər bi­ri bi­zim dün­ya­gö­rü­şü­mü­zün for­ma­laş­ma­sın­da, ana di­li­mi­zi sev­mə­yi­miz­də bö­yük rol oy­na­yıb. Ay­dın mə­sə­lə­dir ki, na­ğıl­la­rı­mı­zın qəh­rə­man­la­rı­na da bən­zə­mək is­tə­mi­şik hə­mi­şə. Ak­tyor­la­rın təq­dim et­di­yi səs­li na­ğıl­lar­da öz dün­ya­mı­zı tap­mı­şıq de­sək ya­nıl­ma­rıq. Bu dün­ya o qə­dər ma­raq­lı və rəng­li idi ki, adam on­dan ay­rıl­maq is­tə­mir­di. O vaxt in­ter­net­dən xə­bə­ri­miz yox idi, uşaq­lar Azər­bay­can ra­dio­sun­da "Na­ğıl saa­tı"nı səbr­siz­lik­lə göz­lə­yir­di ki, gö­rək, bu ax­şam bi­zə han­sı na­ğı­lı təq­dim edə­cək­lər? Rə­van da­nı­şıq, bül­lur ki­mi saf-tə­miz səs, dik­si­ya na­ğıl­la­rı­mı­za əla­və bir ça­lar, əl­van­lıq bəxş edər­di. Səs­li na­ğıl­lar bey­ni­mi­zə həkk olu­nur­du. Bu səs­lər da­xi­li­mi­zə elə güc­lü si­ra­yət edir­di ki, hət­ta dərs­lə­ri­mi­zi də o ton­da da­nış­maq is­tə­yir­dik. O səs­lər bi­zi na­ğıl­la­rı­mı­za, ədə­bi in­ci­lə­ri­mi­zə elə bağ­la­yır­dı ki, o bağ­lı­lıq in­di­yə qə­dər də da­vam edir.

Au­dio na­ğıl­lar ke­çən dövr­də da­ha pe­şə­kar sə­viy­yə­də len­tə alı­nır və təq­dim edi­lir­di. İn­di də ra­dio­dan, ey­ni za­man­da da in­ter­net üzə­rin­dən na­ğıl­la­rı­mı­zı din­lə­yi­rik. Nə o səs­lər gü­cü­nü iti­rib, nə də na­ğıl­lar.

Səs­li na­ğıl­lar uşaq­la­rı­mı­za qor­xu gə­ti­rir...

Bu gün küt­lə­vi ola­raq in­ter­net sayt­la­rın­da, "You­Tu­be"da səs­li na­ğıl­lar ya­yı­lır. Azər­bay­can və dün­ya xalq­la­rı­nın na­ğıl­la­rı ye­ni for­mat­da, ye­ni səs­lən­mə­də təq­dim edi­lir. Bu gün təq­dim edi­lən səs­li na­ğıl­lar­la keç­miş­də len­tə alı­nan na­ğıl­la­rın təq­di­ma­tı, səs­lə­ni­şi ba­xı­mın­dan bö­yük fərq­lər var.

Son il­lər müx­tə­lif ak­tyor­lar, tə­lə­bə­lər tə­rə­fin­dən len­tə alı­nan bu na­ğıl­lar əsa­sən bir səs­də təq­dim edi­lir. Ola bil­sin bu­ra­da qə­ba­hət yox­dur. Çün­ki bə­zən bir ak­tyor, bə­dii qi­ra­ət­çi sə­si ilə bü­tün ob­raz­la­ra si­ra­yət edir və sə­si­ni də­yi­şə-də­yi­şə na­ğı­lı tam təq­dim edə bi­lir. Bu sa­hə­də təc­rü­bə var və or­ta­da ki­fa­yət qə­dər san­bal­lı iş­lər möv­cud­dur. Am­ma bi­ri də var ki, bü­tün per­so­naj­la­rı ey­ni səs­də təq­dim edir­lər. Bu na­ğıl­la­rı səs­lən­di­rən adam­la­rın ək­sə­riy­yə­ti­nin nə dik­si­ya­sı ye­rin­də­dir, nə Azər­bay­can di­li­nin tə­ləb­lə­ri­nə ria­yət olu­nur, nə vur­ğu­lar yer­li-ye­rin­də iş­lə­di­lir, nə də dur­ğu işa­rə­lə­ri­nə əhə­miy­yət ve­ri­lir. Özü də na­ğıl da­nı­şan adam­la­rın sə­si də həd­siz də­rə­cə­də qor­xu­lu­dur. Uşaq o sə­si eşi­dən­də əti ür­pə­şir. İn­di in­ter­net azad­dır de­yə, hər kəs səs­li na­ğıl da­nı­şıb sayt­la­ra yük­lə­yə bil­məz ki... Bu­nun üçün tə­bii ki, xü­su­si qay­da­lar ol­ma­lı­dır.

Bi­zim ha­mı­mı­zın əz­bər bil­di­yi na­ğıl­la­rın məz­mu­nu­nu da çox vaxt təh­rif edir­lər. Gö­rür­sən ki, bu na­ğıl sə­nin bil­di­yin na­ğı­la heç bən­zə­mir. Tə­əs­süf ki, son il­lər bə­zi nəş­riy­yat­lar nə­za­rət­siz na­ğıl ki­tab­la­rı çap edir. On­lar da na­ğıl­la­rı­mı­zı cid­di şə­kil­də təh­rif edir. Gö­rü­nür, stu­di­ya­lar səs­li na­ğıl­la­rı yaz­dı­rar­kən çap olu­nan na­ğıl­la­rın son va­ri­ant­la­rı­na is­ti­nad edir.

Qor­xu­lu təs­vir­lər...

Qeyd edək ki, səs­li na­ğıl­lar əsa­sən təs­vir­lə­rin fo­nun­da təq­dim edi­lir. Ək­sər vaxt­lar­da təs­vir­lər­lə na­ğıl­la­rın məz­mu­nu zid­diy­yət təş­kil edir. Səs­li na­ğıl­la­rı ma­raq­lı et­mək üçün lent­lə­rin üzə­ri­nə han­sı­sa bir xa­ri­ci ciz­gi fil­min­dən təs­vir ve­ri­lir. Bu təs­vir­lər də o şə­kil­də olur ki, ona ba­xan uşaq əməl­li-baş­lı qor­xur.

He­sab edi­rik ki, səs­li na­ğıl­la­ra nə­za­rət ol­ma­lı­dır. Çün­ki in­ter­net­lə cid­di ün­siy­yət­də olan uşaq­la­rı­mız bun­dan zə­rər gö­rə bi­lər. Səs­li na­ğıl­lar­dan da­nı­şı­rıq­sa, bir mə­qa­mı da qeyd edək, bə­zən əc­nə­bi na­ğıl­lar "Azər­bay­can na­ğıl­la­rı" adı al­tın­da təq­dim edi­lir. Əl­bət­tə, xalq ola­raq bi­zim öz zən­gin na­ğıl­la­rı­mız var və bi­zim heç bir xal­qın na­ğı­lı­na eh­ti­ya­cı­mız yox­dur.

Azər­bay­can na­ğıl­la­rı­nın au­dio va­ri­ant­da təq­dim edil­mə­si, əl­bət­tə, çox yax­şı iş­dir. Bu əsa­sən də oxu­yub yaz­ma­ğı ba­car­ma­yan ba­la­ca­la­ra na­ğıl­la­rı­mı­zı sev­di­rir. An­caq bu şərt­lə ki, o na­ğıl­lar təq­dim edi­lər­kən bu­ra­da bü­tün öl­çü­lər nə­zə­rə alın­sın. Ola bil­sin bu na­ğıl­la­rı təq­dim edən adam­lar uşaq­la­ra xid­mət et­mək, on­la­rın bə­dii-es­te­tik zöv­qü­nün for­ma­laş­ma­sı­na yar­dım et­mək is­tə­yir, am­ma öz­lə­ri də bil­mə­dən bu­nun­la zə­rər ve­rir­lər.

Xalq ar­tis­ti, ta­nın­mış dik­tor El­dost Bay­ram bi­zim­lə söh­bə­tin­də bil­dir­di ki, qal­dır­dı­ğı­mız mə­sə­lə il­lər­dir onu na­ra­hat edir. Səs­li na­ğıl­la­rın uşaq­la­rın yad­da­şı­nın for­ma­laş­ma­sın­da, dün­ya­gö­rü­şü­nün art­ma­sın­da, bə­dii-es­te­tik zövq­lə­ri­nin ye­tiş­mə­sin­də bö­yük ro­lu ol­du­ğu­nu de­yən E.Bay­ra­mın söz­lə­ri­nə gö­rə, bu iş­lə tə­sa­dü­fi adam­lar de­yil, pe­şə­kar­lar məş­ğul ol­ma­lı­dır. "He­sab edi­rəm ki, bü­tün mətn­lə­ri Azər­bay­can di­li­nin qay­da­la­rı­na uy­ğun ola­raq düz­gün oxu­maq la­zım­dır. Pe­şə­kar­lıq sə­viy­yə­sin­dən uzaq təq­dim edi­lən səs­li na­ğıl­lar mə­sə­lə­si mə­ni də na­ra­hat edir. Çox ar­zu edər­dim ki, han­sı­sa stu­di­ya­lar, pro­dakş­nlar ol­sun və on­lar mə­ni na­ğıl­lar səs­lən­dir­mə­yə də­vət et­sin. Na­ğıl­la­rı çox bö­yük məm­nu­niy­yət­lə oxu­ya­ram. Mən də uşaq­la­ra töh­fə ver­mək is­tə­yi­rəm. Səs­li na­ğıl­lar təq­dim edi­lər­kən ana di­li­mi­zin bü­tün qay­da­la­rı­na ria­yət edil­mə­li­dir. Tə­əs­süf ki, bə­zən di­lin qay­da­la­rı­na fi­kir ve­ril­mir, vur­ğu­lar ye­rin­də iş­lə­dil­mir, dur­ğu işa­rə­lə­ri ya­da düş­mür. Azər­bay­can di­li haq­qın­da cid­di dü­şün­mək la­zım­dır. Bu gün Azər­bay­can di­li­nin iş­lə­dil­mə­si hər kə­si dü­şün­dür­mə­li­dir" - de­yə bil­di­rən E.Bay­ram he­sab edir ki, bu iş­lər­də kə­miy­yə­tə yox, key­fiy­yə­tə üs­tün­lük ve­ril­mə­li­dir.

E.Bay­ra­mın söz­lə­ri­nə gö­rə, vax­ti­lə Azər­bay­ca­nın gör­kəm­li ak­tyor­la­rı, dik­tor və bə­dii qi­ra­ət­çi­lə­ri Azər­bay­can na­ğıl­la­rı­nı, ya­zı­çı­la­rın əsər­lə­ri­ni çox yük­sək sə­viy­yə­də da­nı­şıb. On­la­rın ifa­la­rı­nın ha­zır­da qo­run­du­ğu­nu bil­di­rən xalq ar­tis­ti de­yir ki, bu sə­nət­kar­la­rın da­nış­dı­ğı hər bir na­ğıl ör­nək­dir: "Azər­bay­can di­li­ni yax­şı bi­lən adam o na­ğı­lı yük­sək sə­viy­yə­də təq­dim edə bi­lər. Bu adam­lar­da gə­rək azər­bay­can­çı­lıq ru­hu, mil­li dü­şün­cə və özü­nü­dərk his­si ola ki, on­lar na­ğıl­la­rı la­zı­mi qay­da­da təq­dim edə bi­lə. Bi­zim bö­yük sə­nət­kar­lar o na­ğıl­la­rı elə da­nı­şıb ki, on­la­rı bu gün də din­lə­mək xoş­dur. Mən özüm də bə­dii əsər­lər oxu­yu­ram. Ça­lı­şı­ram ki, onu yük­sək sə­viy­yə­də təq­dim edim".

"Yax­şı olar­dı ki..."

Sə­nət­şü­nas­lıq üz­rə fəl­sə­fə dok­to­ru, bə­dii qi­ra­ət­çi Zül­fiy­yə El­dar­qı­zı bi­zim­lə söh­bə­tin­də bil­dir­di ki, son il­lər len­tə yaz­dı­rı­lan səs­li na­ğıl­la­ra onu təq­dim edən bə­zi ak­tyor­lar baş­dan­sov­du ya­na­şır. O qeyd et­di ki, is­tə­ni­lən mət­ni səs­lən­dir­mək üçün ak­tyor əv­vəl­cə mətn­lə ta­nış ol­ma­lı­dır: "Bə­zən gö­rür­sən ki, na­ğıl­la­ra baş­dan­sov­du ya­na­şır­lar. Əs­lin­də, bü­tün mətn­lə­rə cid­di ya­na­şıl­ma­lı­dır. Na­ğıl­la­ra isə xü­su­si mü­na­si­bət ol­ma­lı­dır ki, on­lar uşaq­la­ra doğ­ru-düz­gün çat­sın. Elə hal­lar olur ki, ak­tyo­ru mətn oxu­maq üçün stu­di­ya­ya də­vət edir­lər, o ha­zır­laş­ma­dan oxu­ma­ğa baş­la­yır. Bu yol­ve­ril­məz­dir. Mən də o na­ğıl­la­ra qu­laq as­mı­şam, ra­zı­yam, həm düz­gün təq­dim et­mir­lər, həm vur­ğu­lar ye­rin­də iş­lə­dil­mir, rus "ak­sen­ti" ilə da­nı­şır­lar. Bi­zim bö­yük ak­tyor­la­rı­mız ne­cə gö­zəl da­nı­şıb­lar o na­ğıl­la­rı. Adam in­di də on­la­ra ma­raq­la qu­laq asır. İn­di isə səs­li na­ğıl­lar ol­duq­ca aşa­ğı sə­viy­yə­də təq­dim edi­lir. Yax­şı olar­dı ki, səs­li na­ğıl­la­rı təq­dim edən gənc ak­tyor­lar, ak­tri­sa­lar bir qə­dər mə­su­liy­yət­li ol­sun. Çün­ki on­lar xal­qın bö­yük xə­zi­nə­si olan na­ğıl­la­ra mü­ra­ci­ət edir. Na­ğıl­lar o sə­viy­yə­də çat­dı­rıl­ma­lı­dır ki, ona qu­laq asa­nı ma­raq­lan­dır­sın".

Bə­dii qi­raə­tin spe­si­fik sə­nət ol­du­ğu­nu de­yən Z.El­dar­qı­zı­nın söz­lə­ri­nə gö­rə, qi­ra­ət­çi mət­ni elə çat­dır­ma­lı­dır ki,  din­lə­yi­ci­yə zövq ver­sin: "Qi­ra­ət­çi əsə­rin məz­mu­nu­nu yax­şı ba­şa düş­mə­lə­ri üçün din­lə­yi­ci­lə­rə kö­mək edir. Onun baş­lı­ca fik­ri­ni, iş­ti­rak­çı­la­rın ob­raz­la­rı­nı aç­maq­da, nə­ha­yət, əsə­rin ru­hu­nu duy­maq­da din­lə­yi­ci­ni yö­nəl­dir. Bə­dii qi­ra­ət pro­se­sin­də ifa­çı­nın üzə­ri­nə bö­yük mə­su­liy­yət dü­şür. Ya­zı­çı­nın ide­ya­sı­nı, onun ya­ra­dı­cı şəx­siy­yə­ti­ni düz­gün çat­dır­maq, per­so­naj­la­rın da­xi­li dün­ya­sı­nı din­lə­yi­ci­lə­rin qar­şı­sın­da can­lan­dır­maq bə­dii qi­ra­ət­çi­nin və­zi­fə­si­dir. Ta­ma­şa­da ak­tyor­la­rın ifa­də va­si­tə­lə­ri­ni ta­mam­la­yan kos­tyum, qrim, rek­vi­zit, işıq və s. var, am­ma qi­ra­ət­çi sə­nə­tin­də bun­lar yox­dur. On­la­rın yox­lu­ğu tə­ləb edir ki, qi­ra­ət­çi par­laq ob­ra­zı səs­lə, söz­lə ya­rat­sın".

İra­də SA­RI­YE­VA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Tramp dünyanı yenə heyrətləndirdi...

SON XƏBƏRLƏR

19.06.2026 / 17:36
Paşinyan 7 iyun seçkidən sonra Avrasiya İqtisadi Birliyinə münasibətini dəyişir...

19.06.2026 / 17:32
Ermənistan kömək üçün Avropanın qapısında rəsmi "əl açıb"...

19.06.2026 / 17:23
“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib

19.06.2026 / 17:23
Ermənistanda müxaliflərin kütləvi həbs mərhələsi başladı...

19.06.2026 / 17:16
Dünyada gübrə bahalaşır, amma ölkəmizin gübrə gəliri azalır... Niyə?

19.06.2026 / 17:11
Trampın “daha yaxşı” dediyi İran razılaşmasının Obama sazişindən ciddi fərqi yox imiş ki...

19.06.2026 / 17:03
Moskvada azərbaycanlı biznesmenlərin bazarını Ukrayna vurmadı -iddia...

19.06.2026 / 16:31
Süni intellektin yayılması Azərbaycan ombudsmanı qarşısında tələblər qoydu...

19.06.2026 / 16:05
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı - FOTO

19.06.2026 / 15:47
Netanyahu yenə meydan oxudu - “İsrail qoşunları Livandan çıxmayacaq…”

19.06.2026 / 15:41
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi... - FOTO

19.06.2026 / 15:34
Lavrov NATO-Rusiya danışıqlarını aldadıcı taktika adlandırdı - “…diplomatik örtükdür”…

19.06.2026 / 15:07
Daha 80 nəfər Xankəndi və Ağdərəyə köçdü...

19.06.2026 / 14:59
NATO və ABŞ şübhəli şəkildə razılaşdılar - 3.0 konsepsiyası...

19.06.2026 / 14:48
Bəzi sahibkarlara elektrik qoşulması üçün dövlət dəstəyi veriləcək

19.06.2026 / 14:46
Məktəbəqədər təhsildə yeni model tətbiq ediləcək - Prezident fərman imzaladı...

19.06.2026 / 14:42
İsraildə Trampa qarşı təhqiramiz media kampaniyası başladıldı - "80 yaşlı uşaq"...

19.06.2026 / 14:41
“Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib

19.06.2026 / 13:58
Benzin və dizeldən imtinaya çağıran sanballı dövlət başçılarından kim(lər) elektromobildə gəzir?..

19.06.2026 / 13:32
Azərbaycanda utilizasiyaya verilən avtomobillərin sayı 30 mini keçdi...

19.06.2026 / 13:18
14 bəndlik razılaşmanı kim üddü - Tramp, ya Xamenei?..

19.06.2026 / 13:11
Prezident "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqlədi

19.06.2026 / 13:10
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi

19.06.2026 / 13:03
Media ilə bağlı qanun layihəsi ilk oxunuşda təsdiqləndi...

19.06.2026 / 12:49
Reuters: “SEPAH İraqda Körfəz ölkələrinə qarşı gizli qruplar yaradıb”

19.06.2026 / 12:46
CNN:ABŞ və İran memorandumu üçün gizli icra planları hazırlanır

19.06.2026 / 12:16
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi - FOTO

19.06.2026 / 11:57
Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur...

19.06.2026 / 11:46
"Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır" - Prezidentin köməkçisi

19.06.2026 / 11:30
ABŞ ordusu Sakit Okeanda daha bir narkoticarət gəmisini "ovladı"

19.06.2026 / 11:24
Özəl yeni partiya yaratmaq istəmədiyini dedi - amma qurultay tələbi keçməzsə...

19.06.2026 / 11:11
Şəmkirdə aqrar sahəyə dair regional müşavirə keçirilir

19.06.2026 / 08:52
Vens İsveçrəyə getməyəcək - səbəb Livanla bağlıdır?..

19.06.2026 / 08:45
Sənətçi etiraz etdi - “Xəbərim yoxdu…”

19.06.2026 / 08:30
Vensdən İsrailə xəbərdarlıq - “Tramp sizin yeganə müttəfiqinizdir…”

18.06.2026 / 23:28
Düşmənə sipər və üzü... Naxşıvan diyarına baxan dağlar....

18.06.2026 / 23:14
Vüsalın Vətən sevgisi həyatı üçün istinad yeridir...

18.06.2026 / 22:50
Prezidentin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb - VİDEO

18.06.2026 / 21:53
Ermənistanın revanşçı müxalifəti “Qarabağ iddialarını” yenidən rəsmən qaldırdı...

18.06.2026 / 21:19
Böyük 7-lər Trampın Ukrayna siyasətinin dəyişdiyini yekun bəyanata daxil etdilər...

18.06.2026 / 20:31
Erməni məhsulları Avropa bazarına “su kimi axacaq” - ildə 420 milyon...

18.06.2026 / 19:37
Netanyahu Trampı saymadı – Livandan geri çəkilməyəcəyik...

18.06.2026 / 19:22
Bəzi ixracatçı sahibkarlar Azərbaycan dövlətindən əlavə pul alacaqlar...

18.06.2026 / 19:05
Zaxarova Kallasın açıqlamasını absurd adlandırdı

18.06.2026 / 18:41
Ermənistanın KTMT-də səsvermə hüququ ləğv edilə bilər...

18.06.2026 / 18:14
Rusiya Ermənistana nota verdi – “çaşqınlıq içindəyik”...

18.06.2026 / 17:57
Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

18.06.2026 / 17:53
Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

18.06.2026 / 17:40
Azərbaycanın kamandan oxatma üzrə idmançısı IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb

18.06.2026 / 17:35
"Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir" - DİN rəsmisi

18.06.2026 / 17:22
Rusiyanın İranla aviasiya ticarəti yenidən qızışdı... Hələlik 20 helikopter...

18.06.2026 / 17:16
Avropadan Ukraynaya hərbi təyyarələrin yeni axını başladı...

18.06.2026 / 16:59
20 il idarə etdiyi müəssisəni "Korrupsiya" yoxlayır, özünə yeni vəzifə verirlər - MÜƏMMA...

18.06.2026 / 16:52
Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri Bakıda müzakirə edildi

18.06.2026 / 16:44
Tramp Yaxın Şərqi şiə-sünni müharibələrinə çəkir - "Böyük 7-lər" niyə susdu...

18.06.2026 / 16:27
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib

18.06.2026 / 16:19
Tramp İranı hər an yenidən bombalayacağını bəyan etdi...

18.06.2026 / 16:00
Məhkəmə qərarı ilə partiya başqanlığına gətirilmiş Kılıçdaroğlu qurultaydan niyə qorxur?..

18.06.2026 / 15:56
Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

18.06.2026 / 15:31
"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

18.06.2026 / 15:19
Abşeronda elektrik naqillərini oğurlayan dəstə ifşa edildi

18.06.2026 / 15:00
Ermənistanın Avropa planı Rusiyanın Türkiyə ilə dəmiryolu bağlantısını gündəmdən silir...

18.06.2026 / 14:40
Paşinyan Aİİ-nin Hökumətlərarası Şurasının iclasında iştirak edəcək

18.06.2026 / 14:37
İki qadının "eqo savaşı" Avropa İttifaqını yaman günə qoyacaq...

18.06.2026 / 14:23
Kılıçdaroğlu öz oğlunun da dəstəyini ala bilmir...

18.06.2026 / 14:13
Tramp İranla saziş imzalanma planını gözlənilmədən dəyişdi...

18.06.2026 / 14:03
47 illik düşmənçilik, 119 günlük müharibədən sonra ilk ABŞ-İran sazişi... – TAM MƏTN...

18.06.2026 / 13:51
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək

18.06.2026 / 13:44
"Ermənistan rəhbərliyi soydaşlarımızın öz doğma torpaqlarına qayıdışına şərait yaratmalıdır" - Əziz Ələkbərli

18.06.2026 / 13:36
Rusiya bazarlarından qaçan Ermənistanın Avropada da işi gətirməyə bilər...

18.06.2026 / 13:33
Paşinyan seçki sonrası "üçbaşlı mafiyanın" məhvində qərarlıdır - "bunu məndən xalq istəyir"...

18.06.2026 / 13:28
Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin ilk təlimi

18.06.2026 / 12:56
Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib - FOTO

18.06.2026 / 12:55
Bir memar tanıyıram...

18.06.2026 / 12:49
Aspendosda nadir tarixi olay - Roma “çay tanrısı” kəşf edilib

18.06.2026 / 12:27
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin edildi

18.06.2026 / 12:15
İsrail mediası Trampa qarşı üsyan etdi – bizə xəyanət etdi, Netanyahu geri çəkilməməlidir...

18.06.2026 / 11:57
Təqaüdçü bölgə həkimləri yenidən işə qaytarılır... Komitədən böyük təşəbbüs...

18.06.2026 / 11:35
Tramp dünyanı yenə heyrətləndirdi...

18.06.2026 / 11:20
Axtarışda olan 148 nəfər saxlandı

18.06.2026 / 11:01
Prezident İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ