çərşənbə günü, 07 oktyabr 2026
     

Mədəniyyət Nazirliyinin "Mədəni İrs…Dövlət Xidməti” yeyinti-maliyyə problemlərindən qurtula bilmir...

Image


Mədəni irsimizi bir tərəfdən işğalçı Ermənistan, bir tərəfdən erməni separatçılarıb talayıb, istismar edib, digər tərəfdən də bu sahəyə rəhbərlik etmiş adamlar ona biganə yanaşıblar.   Bu sahəyə məsul olan məmurların bəzilərinin xalqımızın mədəni irsinə qarşı hər zaman soyuqluq göstərdiyi məlumdur.

Elə bunun nəticəsidir ki, hələ də mədəni irsimizin xeyli bir hissəsi qeydiyyata alınmayıb, abidələrin bəzilərinin mühafizə zolağı müəyyən edilməyib, hətta nəzarətsiz qalanların da olduğu deyilir. Bu sahəyə cavabdeh qurum isə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətidir. Bu qurumun keçmişdə  korrupsiya mənbəyi olduğu məlumdur. Elə buna görə də sabiq xidmət rəisi zakir Sultanov həbs edildi. Onun məhkəməsində aydın oldu ki, bu sahədə nə qədər ciddi maliyə yeyintisi halları baş verib, korrupsiya hökm sürüb. Bir sözlə, mədəni irsin bərpasına ayırılan pullar göyə sovurulub, saxta tenderlər keçirilib, dövlət vəsaiti mənimsənilib və sair.

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ayrılmış dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə aparılmış auditlə 2020-2022-ci illər üzrə dövlət büdcəsindən xidmətə yönəldilən 22 214,1 min manat vəsait əhatə olunub”. Bu barədə mətbuata Hesablama Palatasından məlumat  verilib.

Qeyd edilib ki, auditlə əhatə olunan dövrdə xidmətin nəzarət sahəsinə aid edilən 4331 ədəd daşınmaz tarix və mədəniyyət abidələrinin 87,9%-nin (3809 abidə) pasportlaşması təşkil edilməyib, 94,7%-nin (4102 abidə) mühafizə zonaları təyin edilməyib, 86,1%-nin (3730 abidə) balans mənsubiyyəti müəyyən edilməyib, abidələrin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə 17 halda cərimə tətbiq edilməyib, bir sıra hallarda isə tətbiq edilmiş cərimə məbləğlərinin dövlət büdcəsinə ödənilməsi təmin olunmayıb.

Xidmət tərəfindən podratçılar və digər icraçılarla bağlanılmış müqavilələrin şərtlərinə tam əməl edilməyib, müqavilənin bitmə müddətinə yaranmış debitor borcun bağlanması təmin edilməyib, satınalma müqaviləsinin müddətində işlərin başa çatdırılmaması fonunda 3 halda podratçıya artıq vəsait ödənilib, işlərin başa çatdırılması müddətinin pozulmasına (gecikməyə) görə 2 halda cərimə məbləği icraçılara tətbiq edilməyib.

Auditlə əhatə olunan obyektlər üzrə layihə-smeta sənədlərinin və yerinə yetirilmiş işlərin qəbulu aktlarının tikinti norma və qaydalarına uyğunluğu təmin edilməyib, əsaslı təmir və yenidən qurma işləri üzrə yerinə yetirilmiş işlərin dəyərinin, həmçinin binaların sökülməsi və mədəniyyət obyektlərində ilkin təmir-bərpa işləri yerinə yetirilmiş iş həcmlərinin qəbul aktlarında əhəmiyyətli dərəcədə artıq göstərildiyi müəyyən edilib.

Xidmətin fəaliyyətindəki nöqsanların bir qismi də dövlət satınalmaları ilə bağlı olub, yerinə yetirilməyən iş və xidmətlər üzrə vəsait ödənilməsi halları, həmçinin bir sıra satınalma prosedurlarının pozulması halları olub.

Aparılmış inventarizasiya nəticəsində əsas vəsaitlər üzrə çatışmazlıqların müəyyən edilməsi, yaranmış debitor borc məbləğinin uçotdan yayındırılaraq maliyyə hesabatlarında əks etdirilməməsi, yaranan öhdəliyə görə kreditor borc məbləğinin uçotda artırılması və bu kimi halların xarakterik olması, ümumilikdə xidmət üzrə nəzarət mexanizmlərinin tətbiq edilməməsi, aktivlərin uçotunun aparılması prinsiplərinin pozulması maliyyə hesabatlarında fərqlərə və təhriflərə yol açmaqla maliyyə vəziyyətinin düzgün qiymətləndirilməsində əsaslı risk amillərini formalaşdırıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının auditi üzrə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması nəzərə alınaraq auditin nəticələrinə dair müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Bu aşkarlanan faktlar hansı dövrlərə aiddir və problemin yaranmasına hansı amillər səbəb olub? Burada kifayət qədər ciddi nöqsanlar göstərilir, bu haqda nə demək olar? Nəzərə alsaq ki, bu qurumda əvvəllər ciddi korrupsiya halları, nöqsanlar olub, indi də yeniləri aşkarlanıb. Bu haqda mövqeyiniz nədir?

  • Dövlət Xidməti: “Bizim tərəfdən hər hansı açıqlamanın verilməsi məqsədəuyğun deyildir”

Məsələ ilə bağlı əvvəlcə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. Dövlət Xidmətindən “Bakı-Xəbər”ə  “Bununla bağlı Palata açıqlama verib. Bizim tərəfdən hər hansı açıqlamanın verilməsi məqsədə uyğun deyildir. Əvvəlki rəhbərliyin fəaliyyəti ilə bağlı məsələdir” - deyə bildirildi.

  • Faiq İsmayılov: “Orada nə qədər ki, peşəkar mütəxəssislər yoxdur, korrupsiya kimi mənfi hallar bitib-tükənməyəcək”

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, mədəni irs üzrə mütəxəssis Faiq İsmayılov “Bakı-Xəbər”ə şərhində “Əlbəttə, mədəni irs sahəsi bizim hamımızın ağrılı yeridir. Orada nə qədər ki, peşəkar mütəxəssislər yoxdur, o qədər də  korrupsiya kimi mənfi hallar bitib-tükənməyəcək. Dediyim kimi, çünki orada ixtisas sahibləri yoxdur. Bu gün Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində çalışanların bir çoxu ixtisasca mühəndis olan şəxslərdir, mühəndis kadrlardır.  Dövlət Xidmətində işləyənlər arasında nə abidəşünas, nə abidə mühafizəsi ilə bağlılığı, bu sahədə təcrübəsi olan insanlar yoxdur. Bu baxımdan da, bütün bu mənfi hallar baş verib. Abidələrin qeydiyyata alınması ən vacib məsələlərdən biridir. Mən onların qeydiyyata aldıqları abidələrin pasport nümunələrini də dəfələrlə tənqid etmişəm və onlara yeni passport nümunələri təqdim etmişəm. təklif etdim ki, bu pasport nümunələrindən istifadə etsinlər. Eyni zamanda rəhbərlik etdiyim qeyri-hökumət təşkilatının təmənnasız olaraq onlara pasportlaşdırma işində dəstək göstərməsini  də təklif etmişdim. Dövlət Xidməti tərəfindən heç bir təklifim qəbul edilmədi. Bölgələri hələ demirəm, təkcə Abşeronun özündə abidələrin mühafizə sahəsi itirilib. Abidələrin mühafizə zolağı olmadığı üçün onların əraziləri bəzi mülkü şəxslər tərəfindən zəbt olunub, bəzi abidələr evlərin həyətindədir, bağ sahəsindədir. Bakı kəndlərində belə hallar var. Bunlar da yolverilməzdir” - deyə bildirdi.

F.İsmayılov qeyd etdi ki, ümumilikdə götürüldükdə, respublika ərazisində abidələrin  qeydiyyatı tam şəkildə aparılmayıb. Onun sözlərinə görə, Sovet dövründən qalma siyahılar var ki, qurum ona güvənir. Hətta Bakı kəndlərində, Abşeron yarımadasında olan tarix mədəniyyət abidələrinin qeydiyyata alınması prosesinin hələ bitmədiyini deyən F.İsmayılovun sözlərinə görə, bu da həmin abidələrin  diqqətdən kənarda qalmasına, uçulub dağılmasına, məhv olmasına səbəb olur. O. dedi ki, abidələrin xeyli bir hisəssi  diqqətdən kənarda qalıdığı üçün bəzən təbiət hadisələri nəticəsində sıradan çıxır, bəzən insanların zorakı davranışına məruz qalır, o abidələr sökülür və insanlar onun yerləşdiyi ərazini mənimsəyirlər. Azərbaycan üzrə nə qədər abidənin qeydiyyatdan kənarda qaldığını demək çətindir. Bunu müəyyən eütmək üçün respublika ərazisində aidiyyəti QHT-lərin iştirakı ilə monitorinqlər keçirilməlidir. Ərazilərə baxış keçirilməlidir, ilkin qeydiyyat aparılmalıdır, bu zaman nə qədər abidənin qeydiyyatdan  kənarda qaldığını demək olar. Abidələrin qeydiyyata alınması, onların mühafizə zolaqlarının müəyyən edilməsi çox vacibdir. Yerli orqanlarla qarşılıqlı əməkdaşlıq çərçivəsində o abidələrin mühafizəsinin təşkili həyata keçirilməlidir. Bu olduqca lazımdır. Regionlarda kifayət qədər abidə mühafizəçiləri ştatları var. Onlar nə işlə məşğul olur? Bilmirəm. Heç marağında da olmamışam ki, nə işlə məşğul olurlar. Maraqlanmamışam. Mənim sahəm işğaldan azad edilmiş ərazilərdəki abidələrlə bağlıdır. İşğaldan azad edilən ərazilərdə tərəfimdən 2645 tarix mədəniyyət abidəsi qeydiyyata alınıb. Onun da 2 mindən çoxu aidiyyatı dövlət qurumunda qeydiyyatda yoxdur. O abidələrin reyestrə salınması üçün siyahını Mədəniyyət Nazirliyinə və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə təqdim etsəm də, salınmayıb, cəhdlərim alınmayıb. Bu sahədə gələcəkdı nə baş verəcəyini demək çətindir. Bu Dövlət Xidmətində köklü islahatlar aparılmasa, bura mütəxəssislər cəlb edilməsə , bura abidəşünaslar, təcrübəli abidə mühafizəçiləri, memarlar cəlb olunmasa bu qurumun fəaliyyəti sona qədər belə nöqsanlı olacaq, korrupsiyasının kökü kəsilməyəcək. Ona görə də, özümüzə səbr. Onlara işlərində uğurlar arzu edirəm" - deyə F.İsmayılov əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ