çərşənbə günü, 07 oktyabr 2026
     

“İrəvanda xal qalmadı”nın motivləri ermənilərin siyasətinə öldürücü zərbədir...

Image


Azərbaycan musiqi mədəniyyətinin əlifbası xalq mahnılarıdır. Xalq yaradıcılığının və xalq musiqisinin bənzərsiz inciləri olan xalq nəğmələri əsrdən-əsrə, dildən-dilə, eldən-elə keçib xalqın sərvəti olaraq yaşayır. Xalq mahnıları həm də hər bir millətin kimlik pasportudur.

Azərbaycan xalqı qədimlərdən xalq mahnıları yaradıb, el bəstəçiləri, xanəndələri, şairləri gözəl mahnılara nəfəs veriblər. Şübhəsiz ki, yaranan hər bir xalq mahnısının müəllifi olub, lakin zamanla mahnı qalıb, amma onun müəllifi unudulub, bu da həmin mahnıların xalq mahnısı statusu almasına səbəb olub.

O da məlumdur ki, hər mahnının öz tarixçəsi, öz yaranış hekayəti var. Məşhur “İrəvanda xal qalmadı” mahnısı kimi.

Əvvəlcədən deyək ki, bu mahnı öz gözəlliyinə, unikallığına görə çox seçilir, bu gün hər müğənni, ifaçı onu oxumaq istəyir. Qərbi Azərbaycan gözəlinin gözəlliyini vəsf edən bu mahnı İrəvanda yaranıb. O İrəvanda ki, bizim tarixi torpağımızdır, milli musiqimizin, mədəniyyətimizin inkişaf etdiyi, səsləndirildiyi bir məkanımızdır. Azərbaycanın elə xalq mahnıları, bəstəkar əsərləri, nəğmələri var ki, ermənilər onlara qarşı əsassız iddialar irəli sürürlər. Əlbəttə, bu onlardan gözləniləndir, çünki sazımızı, tar-kamanımızı, qavalımızı, balabanımızı, neyimizi, zurnamızı, milli geyimlərimizi mənimsəyən ermənilərdən hər cür oğurluq gözlənilir. Onların “Sarı gəlin” mahnısından əl çəkmədiyi də hər kəs tərəfindən bilinir.

Bu yazıda biz “Sarı gəlin”dən yox, “İrəvanda xal qalmadı” mahnsından danışacağıq. Bu mahnının ki, yaranma tarixi də, müəllifi də bəllidir.

İrəvanda bir quyu var,
Şəkərdən şirin suyu var.
Hər gözəlin bir toyu var.
Ay qız, o xal nə xaldı
Sən ora düzdürmüsən?
Ay naz, o xal nə xaldı
Sən ora düzdürmüsən?

Bu mahnının yaranma tarixi haqda müəyyən versiyalar var. Variantlardan biri belədir: Şuşalı Cabbar Qaryağdıoğlu İrəvan şəhərində varlı bir şəxsin oğlunun toy məclisini aparırmış. Bəy tərifi zamanı gəlinin atası yarızarafat-yarıciddi deyib ki, bayaqdan bəyi tərifləyirsən, bəs gəlini niyə vəsf etmirsən? Xanəndə gəlinin atasının sözünü yerə salmamaq üçün qızın nişanələrini soruşub. Öyrənib ki, gəlinin üzündə qoşa xal var. O zamanlar gəlini toy əhlinə göstərməzdilər. Cabbar Qaryağdıoğlu bədahətən ürəyindən gələn sözləri musiqiyə bələyərək həmin mahnını qoşub. Təsadüfən yaranan bu mahnının taleyi də uğurlu olub. Cabbar Qaryağdıoğludan sonra ustad xanəndələr "İrəvanda xal qalmadı"nı çox şövqlə oxuyublar. Dildən-dilə keçərək ellərə yayılan mahnı beləliklə öz yaradıcısının adı ilə deyil, el nəğməsi kimi məşhurlaşıb.

İrəvanda yol işlərəm,
Xəncəlimi gümüşlərəm.
Bir öpərəm, bir dişlərəm.
Ay qız, o xal nə xaldı
Sən ora düzdürmüsən?
Ay naz, o xal nə xaldı
Sən ora düzdürmüsən?

Bəzi varinatlara görə isə, mahnının sözləri, mənası, məzmunu tamam fərqli olub. Hətta bu iddiada olanlar var ki, guya bu mahnı İrəvan xanlığı çar Rusiyası tərəfindən işğal olunduqdan sonra yaranıb. Bu barədə internet resurslarında gedən yazılarda deyilir:  "İrəvanda xal qalmadı" yox, "xan qalmadı" kimi oxunmalıdır. Onu da deyirlər ki, guya İrəvanda bir qənirsiz gözələ vurulmuş xanlar öz arzularına çatmadıqlarından məhəbbət aşiqinə çevrilərək həyatlarını həmin gözəlin yolunda qurban veriblər. Bu fikir əsassızdır. Fərz edirlər ki, “İrəvanda xan qalmadı” mahnısı İrəvan xanlığının süqutunu və oradakı dəhşətli köçü özündə əks etdirir.

Mahnının səs yazısı Cabbar Qaryağdıoğlunun ifasında bu günümüzə kimi gəlib çatmayıb. Cabbar Qaryağdıoğlundan sonra 60-cı illərdə Xan Şuşinski “İrəvanda xal qalmadı” oxuyub, lentə yazdırıb. Xan Şuşinskini Cabbar Qaryağdıoğlunun davamçısı hesab edirlər, ona görə də mahnının ilkin variantına dəyişikliklər etməyib. Bülbül, Seyid Şuşinski, Əbülfət Əliyev və digər müğənnilər də bu mahnıya müraciət ediblər. Amma bu səs yazıları saxlanılmayıb. Bu günümüzə kimi qorunub saxlanmış və qızıl fonda daxil olmuş yeganə səs yazısı Yaqub Məmmədova məxsusdur.

İrəvanda Çarşı bazar,
İçində bir gəlin gəzər.
Dərdlərimə dərman yazar.
Ay qız, o xal nə xaldı
Sən ora düzdürmüsən?
Ay naz, o xal nə xaldı
Sən ora düzdürmüsən?

İnternet resurslarında yerləşdirilən materiallarda qeyd edilir ki, “İrəvanda xal qalmadı” mahnısını Arif Babayev, Canəli Əkbərov, Baba Mahmudoğlu, Qədir Rüstəmov, Eynulla Cəbrayılov və digər müğənnilər də ifa ediblər. Qeyd edirlər ki, bu mahnı iki nəfərin oxumasını tələb edir. Ancaq əsasən solo ifalar müşahidə edilir. Bu mahnını qadın ifaçıları arasında Elmira Rəhimova, Elmira Məmmədova, Qəndab Quliyeva, Səmayə İsmayılovanın adlarını çəkmək olar. “İrəvanda xal qalmadı” mahnısının ifa olunması əsasən keçən əsrin 80-ci illərinə təsadüf edir. Məhz bu dövrdə bu mahnı öz şöhrətinin zirvəsində idi. Baba Mahmudoğlu və Elmira Məmmədova “İrəvanda xal qalmadı” mahnısını duet kimi oxuyanlardan birinciləridir. Bu mahnı həmçinin 80-ci illərin ortasında da lentə yazılıb. Gənc müğənnilər arasında bu mahnıya müraciət edənlərdən biri Röyadır. Onun ifası oxucuların yaddaşında müasir, parlaq və ritmik aranjimanla qaldı. Mahnısı rəqs xarakteri daşıdı və bununla belə mahnının milli ruhuna xələl gəlmədi.

İrəvanda ayaq quşu
Gedər yazı, gələr qışı.
Yaxşı olar yar görüşü.
Ay qız, o xal nə xaldı
Sən ora düzdürmüsən?
Ay naz, o xal nə xaldı
Sən ora düzdürmüsən?

Bəzi məlumatlara görə, İrəvan şəhərində mülkədar, bəy ailəsindəki toyu  Cabbar Qaryağdıoğlu Qurban Pirimov və Məşədi Qulu ilə birlikdə aparıb.

Bir məqamı da qeyd edək ki, bir sıra mahnılar kimi, “İrəvanda xal qalmadı” mahnısı da C.Qaryağdıoğlunun əsəridir, mahnısıdır. C.Qaryağdıoğlunun ən qiymətli xidmətlərindən biri də itib-batan xalq mahnılarımızı toplayıb, onları yenidən işləyib xalqımıza qaytarmasıdır. Gizlin deyil ki, biz bu gün xalq mahnılarımızın bir çoxunun yaşaması üçün C.Qaryağdıoğluna borcluyuq.

Xatırladaq ki, Cabbar Qaryağdıoğlu xalqın içərisindən çıxmış bu sənətkar olaraq, özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr edib. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Qafqazın ən yaxşı xalq ifaçısı şöhrətini qazanıb.

Bildirək ki, Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşa şəhərinin Seyidli məhəlləsində anadan olub. Atası Məşədi İsmayıl boyaqçı idi.

Cabbar Qaryağdıoğlunun 1901-ci ildə Şuşada, 1902-ci ildə isə Bakıda konsertləri təşkil olunmağa başlayır. Cabbar Qaryağdıoğlu 2,5 oktavalıq səsinin sayəsində bütün başqa ifaçıları kölgədə qoymağı bacarır. Onu Şərq musiqisinin peyğəmbəri adlandırırlar. Cabbar Qaryağdıoğlunun iştirak etdiyi məclislərdə başqa müğənnilər ifa etməyə cürət etmirmiş. Onun səsindəki gənclik təravəti müğənnini yaşlı vaxtlarında da tərk etməyib. Onun bəstələdiyi “Ay qız, sənə mailəm”, “Bəri bax”, “Ay dərya kənarında”, “Qalada yatmış idim”, “Bu gələn yara bənzər”, “Ağacda leylək”, “Xumar oldum”, “Qalalıyam” xalq mahnıları kimi tanınır

“İrəvanda xal qalmadı” mahnısı da bunlar kimi artıq xalq mahnısı statusundadır…

İrəvanda xan qalmadı,
Gəncədə sultan qalmadı,
Daha məndə can qalmadı.
Ay qız, o xal nə xaldı
Sən ora düzdürmüsən?
Ay naz, o xal nə xaldı
Sən ora düzdürmüsən.

Bu mahnıda İrəvanın ertnoqrafik, coğrafi mənzərəsi özünü göstərir, burada eyni zamanda da mədəniyyətimiz, həyat tərzimiz var. Bir mahnının izinə düşüb irəlilədikcə tariximizin İrəvan adlı ayrılmaz şəhəri barədə daha ətraflı məlumat aldıq. Bir mahnı mətnində İrəvan şəhərinin mənzərəsi, bəy, xan  ailəsinin əzəməti, yaşayış tərzi, musiqiyə, sözə verdiyi qiymət özünü ifadə edir. Bu yazını hazırlayarkən bir sıra mənbələrdən istifadə etdik və hesab edirik ki, bui mənbələrin hər biri öz dəqiqliyi ilə seçilir.

Qərbi Azərbaycan folkloru, musqisi çox zəngindir. Burada aşıq sənəti, yallılar, halaylar daha geniş yayılmışdı. Bütün bunlar hamısı sübut edir ki, İrəvan başda olmaqla, indiki Ermənistan ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Qərbi Azərbaycan mədəniyyətinə aid olan hər bir musiqi incisi həm mənəvi, həm də siyasi baxımdan ermənilərin, Ermənistanın saxta təbliğatına bir zərbədir...Biz öz musiqimizin, öz sazımızın, halayımızın, yallımızın izi ilə o yurdlara dönəcəyik...

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ