Bazar ertəsi günü, 14 iyul 2025
     

«Kaspi», «Ziya», «Ziyayi-Qafqaziyyə» - mətbuat tariximizin parlaq səhifələri...

Image


Azərbaycan mətbuat tarixinin formalaşmasında rolu olan bir sıra qəzet və jurnallar var ki, onların fəaliyyəti, gördüyü işlər, daşıdığı missiya çox şərəflidir. XIX əsrin son 25 ilində Azərbaycan və rus dillərində saysız nəşrlər mövcud olub. 1875-ci il iyulun 22-də milli mətbuatımızın ilki - «Əkinçi» meydana gəldi. «Əkinçi»yə qədər müxtəlif vərəqələr çap olunurdu. O vərəqələrdə əsasən çarın qərar və göstərişləri işıq üzü görürdü.

«Əkinçi» isə tamam başqa bir missiya ilə meydana atıldı. Onu da bildirək ki, «Əkinçi»nin açdığı cığırla «Kaspi», «Ziya», «Ziyayi-Qafqaziyyə», «Kəşkül» və digər nəşrlər gedib.

Qeyd etdiyimiz kimi, Bakıda rus və Azərbaycan dilində qəzetlər nəşr edilməyə başlayıb. Mətbuat tarixini tədqiq edən alimlər bildirir ki, 1876-cı ildə Bakıda rus dilində «Bakinskiye izvestiya» nəşrə başlayır. Bu qəzet quberniya idarəsinin rəsmi orqanı idi və general-qubernator D.S. Staroselskinin təşəbbüsü ilə buraxılırdı. Onu da bildirək ki, tədqiqatçıların yazdığına görə, Staroselski 1875-ci ildə «Əkinçi» qəzetinin nəşrinə də kömək edib. Onun «Bakinskiye izvestiya» qəzetini çıxarmaqda məqsədi Bakı quberniyası haqqında oxuculara geniş məlumat vermək idi. O, hələ qəzet çıxmazdan xeyli əvvəl quberniya idarəsinin nəzdində mətbəə açıb və çapçılar dəvət edib. 1888-ci ildən sonra qəzet «Bakinskiy torqovo-promışlennıy listok» adı ilə çıxıb.

1894-cü ilin yanvarından «Bakinskiye qubernskiye vedomosti» adlı rəsmi dövlət qəzeti də fəaliyyətə başlayır. Qəzet teleqram və elanları olan əlavəsi ilə çıxırdı. Bu teleqram və elanların bir hissəsi Azərbaycan dilində buraxılırdı. Qəzet 1916-cı ilə qədər çıxıb.

Tədqiqatçıların yazdığına görə, adları çəkilən bu qəzetlərin hamısında rəsmi xəbərlər, qərarlar, elanlar və teleqramlar geniş yer tuturdu. Bakıda rus dilində çıxan burjua qəzetləri içərisində «Kaspi» qəzeti daha uzun ömür sürüb, müxtəlif dövrlərdə cəmiyyətin həyatını öz baxışları nöqteyi-nəzərindən əks etdirib. Qəzetin 1881-ci ildən 1919-cu ilədək müddətdə 10 min 65 nömrəsi çıxıb.

1881-ci ildə Bakıda rus dilində nəşrə başlayan «Kaspi» qəzeti özünəməxsus iz qoyub. Mətbuat tariximizdə adı hər zaman qeyd edilən bu qəzet çox görkəmli imzaları öz ətrafına toplayıb.

Tədqiqatçıların yazdığına görə, qəzetin ilk redaktoru Viktor Vasilyeviç Kuzmin olub. Qəzetin ilk 28 nömrəsi həftədə iki dəfə, sonra bir müddət həftədə 3 dəfə çıxırdı. 1884-cü ilin yanvarından isə gündəlik olur. 1881-ci ildən 1887-ci ilədək qəzeti V.V.Kuzmin redaktə edir. Tədqiqatçılar qeyd edir ki, əvvəllər qəzet 400-420 nüsxə tirajla çıxırdısa, 1887-ci ildə bu rəqəm 1.000-ə qalxır. Elə bu ildən etibarən qəzet müntəzəm çıxmağa başlayır.

Tədqiqatçılar bildirir ki, 1887-ci ilin yanvarında V.V.Kuzmin xəstələndiyi üçün müvəqqəti redaktorluq ehtiyatda olan polkovnik-leytenant E.İ.Starsevə tapşırılır. O, may ayınadək redaktorluq edir, polis departamenti Starsev haqqında pis xasiyyətnamə verdiyi üçün onun redaktorluğunu təsdiq etmək mümkün olmur. Sonra bir müddət qəzetə yerli gimnaziyanın müəllimi V.P.Liçkus-Xomotov (1887-1888), bir müddət «Qafqaz» qəzetinin əməkdaşı Pyotr Trofimoviç Qordiyevski (1888-1889) redaktorluq edir. 1889-cu ildə qəzetin 82-ci nömrəsindən sonra onun redaktoru vəzifəsində Nikolay Aleksandroviç Sokalinskini görürük. N.Sokalinski «Kaspi» qəzetinə 8 il redaktorluq edir (1889-1897). Onun fəaliyyəti dövründə qəzetə müvəqqəti olaraq S.K.Mixaylov (1890), M.A.Şahtaxtinski (1891-iyun-avqust), M.A.Uspenski (1892), K.M.Karyagin (1894-1897, müxtəlif illərdə) redaktorluq ediblər. 1897-ci ildə qəzetin tirajı 2.400-ə qalxır. Tədqiqatçılar yazır ki, 1897-ci ildə N.Sokolinskinin ölümündən sonra «Kaspi» qəzeti redaksiyasında bəzi dəyişikliklər baş verir. Qəzetin naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürür və redaksiyanı Nikolayevski (sovet illərində Kommunist, hazırda isə İstiqlaliyyət küçəsi-İ.S) küçəsindəki binaya köçürür. Redaktorluq vəzifəsi Əlimərdan bəy Topçubaşova tapşırılır. O, qəzeti 24 iyun 1898-ci ildən 1907-ci ilin oktyabrınadək redaktə edib. Ondan sonra qısa bir müddətdə qəzetin redaktorluğuna Əli bəy Hüseynzadə təyin olunub.

Onu da bildirək ki, 1907-ci ilin axırlarından 1919-cu ilədək qəzetin başında A.Veynberq dayanıb. Bu müddətdə qəzet təkcə Qafqazda deyil, Rusiyanın bir sıra şəhərlərində, xarici ölkələrdə də yayılırdı. Tədqiqatçılar yazır ki, «Kaspi» qəzeti Bakı burjuaziyasının təşəbbüsü ilə, onun mənafeyini müdafiə etmək üçün yaradılıb. Təsadüfi deyil ki, qəzet ilk nömrəsindən başlayaraq süqutu dövrünədək müxtəlif dövrlərdə burjuaziyanın mənafeyini özünəməxsus formalarda, üslubda müdafiə edirdi. Bu qəzetdə H.Zərdabi, N.Nərimanov, S.M.Qənizadə, M.A.Şahtaxtinski və başqaları kimi publisistlər də çıxış edirdi. Onların qaldırdıqları məsələlər qəzetin ümumi məsləki ilə daban-dabana zidd idi.

Müxtəlif vaxtlarda «Kaspi» qəzetinin səhifələrində Azərbaycanın məşhur maarifçi-demokratları M.Mahmudbəyov, F.Köçərli, rus müəlliflərindən N.Kozerenko, E.Bondarenko və başqaları iştirak ediblər.

1902-ci ildə C.Məmmədquluzadə Dəlmə bağları haqqındakı ilk məqaləsini «Kaspi» qəzetinə göndərir. Məşhur müəllim və ictimai xadim M.Sidqi qəzetlə sıx əlaqə saxlayırdı. Lənkəran ibtidai məktəbinin müəllimi Teymur bəy Bayraməlibəyov şifahi xalq ədəbiyyatını toplayıb qəzetdə dərc etdirirdi. Mahmud bəy Mahmudbəyov xalq dastanlarını təhlil edib rus oxucularına çatdırırdı.

Azərbaycan dilində Tiflisdə nəşr olunan «Ziya» («Ziyayi-Qafqaziyyə») qəzetindən də danışmaq istəyirik. Tədqiqatçılar yazır ki, «Ziya» («Ziyayi-Qafqaziyyə») həftəlik ədəbi, ictimai-siyasi qəzet kimi nəşr edilib.

Tədqiqatçılar bildirir ki, 1879-1880-ci illərdə «Ziya» (Tiflis, 76 nömrə), sonrakı illərdə «Ziyayi-Qafqaziyyə» adı ilə (1882-ci ildə-Tiflis, 1883-1884-cü illərdə Şamaxı, cəmi 183 nömrə) çıxıb. Qəzetdə S.Ə.Şirvani, N.Vəzirov, A.Çernyayevski və başqalarının mütərəqqi ruhlu məqalələri ilə yanaşı, islam ideologiyasını təbliğ edən yazılar da dərc olunurdu. Redaktoru və naşiri Səid Ünsizadə idi.

Tədqiqatçıların araşdırmalarına görə, milli mətbuatdakı boşluğu «Əkinçi»nin bağlanmasından iki il sonra Səid Ünsizadə «Ziya» qəzeti ilə aradan qaldırdı. XIX əsrin sonu Azərbaycan milli mətbuatı tarixinə Həsən bəy Zərdabinin «Əkinçi»sindən sonra «Ziya» qəzeti öz möhürünü vurdu. Qafqaz canişinliyi baş idarəsinin təqdimatı ilə 1877-ci ildə Zaqafqaziya Ruhani İdarəsinə ezam olunan Səid Ünsizadə iki aya yaxın orada çalışır. O, 1884-cü ilədək Tiflisdə yaşayıb və ruhani idarəsində çalışıb. Tiflisin ədəbi-mədəni mühiti onun arzusunda olduğu qəzet nəşri və mətbəə yaratmaq kimi dövrün ən mütərəqqi ideyasını həyata keçirməyə imkan yaradır. «Ziyayi-Qafqaziyyə» qəzetinin 1881-ci ildə nəşr olunan 16-cı sayında bu istək lakonik şəkildə təsvir edilib: «Neçə vaxt idi ki, mətbəə və mətbuat işini əmələ gətirmək arzusunda idik ki, mətbəəmiz Bərgunə şəhərdə olsun ki, orada cümlə əsbab mühəyya olsun. Aşkardır ki, Qafqazda Tiflisdən başqa bu mətalibin pinerəftinə şayistə yer yoxdur».

Tədqiqatçıların qeyd etdiyinə görə, mətbuat yaratmaq istəyini reallaşdırmaq üçün Səid əfəndi 1878-ci il dekabr ayının 4-də qəzetin nəşrinə icazə almaq üçün Qafqaz Senzura Komitəsinə ərizə ilə müraciət edir. O, öz müraciətində yazırdı ki, şərqlilər də qərblilər qədər işığa və həqiqətə can atırlar, onları bir-birinə düşmən edən cəhalətdir. Səid əfəndi «Ziya» qəzetinin məram və məqsədini açıqlayır və bildirirdi ki, nəşr ölkənin daxilində, xarici ölkələrdə baş verən yenilikləri oxuculara çatdırmaqla onların inkişafına kömək etmək istəyir. Səid əfəndi tərəfindən təqdim olunan sənədləri təftiş edən Senzura Komitəsi Qafqaz Canişinliyinin baş idarəsinə belə bir məzmunda təqdimat göndərir: «Senzura Komitəsi mətbuat haqqında qanuna əsasən Hacı Səid əfəndi Ünsüzadənin ərizəsini, habelə «Ziya» qəzetinin məramnaməsini nəzərdən keçirib belə qərara gəlir ki, onun xahişi senzura əsasnaməsində tələb olunan bütün şərtlərə uyğundur. Bu səbəbdən qəzetin tatar (Azərbaycan) dilində nəşri xüsusi fayda verə bilər. Onu da qeyd edirlər ki, məhz buna görədir ki, Hacı Səid Ünsizadənin arzusunun yerinə yetirilməsini Siz zati-alilərindən xahiş edir». Beləliklə, qəzetin 1879-cu il yanvar ayının 1-dən etibarən nəşrinə icazə verilir. Mətbuat tarixini tədqiq edən alimlər bildirir ki, Senzura Komitəsi «Ziya»nın nəşrinə icazə verərkən qəzetin siyasətinin Qafqazdakı müsəlmanlar arasında geniş təbliğ olunmasına, yerli hakimiyyət orqanlarına, çinovniklərə dəstək olacağına bel bağlayır, ümid edirdi. Təbii ki, qərarın qəbulunda Səid Ünsizadənin ruhani zümrəsinə mənsubluğu, keçib-gəldiyi yol və fəaliyyəti, çar siyasətinə zidd mövqe tutmaması nəzərə alınıb. Nəşrinin ilk vaxtlarında «Ziya»ya yaxşı münasibət göstərilməsinin başlıca səbəbləri də bu idi.

Tədqiqatçılar bildirir ki, «Ziya»nın nəşrinə icazə alındıqdan sonra Səid Ünsizadə çap və yaradıcılıq prosesinin normal şəkildə aparılması üçün hazırlıqlara başlayır, kiçik qardaşı Cəlalı, övladları Əbdürrəhman və Ağanı, bacısı uşaqlarını bu işə cəlb edirdi.

1879-cu il yanvar ayının 14-də «Ziya»nın ilk nömrəsi işıq üzü gördü. Qəzet həftədə bir dəfə, daşbasma üsulu ilə nəşr edildi. 7 şöbədən ibarət olan «Ziya»da aşağıdakı şöbələr fəaliyyət göstərirdi: dövlət sərəncamları, beynəlxalq agentliklərin elanları, xarici xəbərlər, daxili xəbərlər, yerli xəbərlər, məlumat göstəricisi və elanlar, felyetonlar.

Səid Ünsizadə «Ziya»nın nəşri üçün xüsusi mətbəə alır. Naşir bu münasibətlə yazırdı: «Necə bir lazıməli əhvalatlara nəzərən basmaxana büsatın Tiflisdə açmağa qərar verdik. Və basmaxana əsbabının cümləsini mühəyya söylədik. Və ruz-bə-ruz təliminə səy edəcəyik. Nəbənə baqaidə kitablar dəxi çıxaracayıq». Azərbaycan mətbuatı tarixində ilk şəxsi mətbəə olan «Ziya» Tiflisdə Zailov soyadlı şəxsin mülkündə yerləşirdi. Mətbəə bir qədər sonra, 1879-cu ilin iyun ayının 21-dən Voronsov küçəsindəki 35 saylı evə - Ağa Ələsgər Məşədi İsmayıl oğlunun evinə köçürüldü.

Bir müddət sonra Səid Ünsizadə mülk alır və mətbəəni daimi olaraq öz evinə köçürür. Azərbaycan dilini bilən mütəxəssislərin, mətbəə işçilərinin olmaması «Ziya»nın nəşrini çətinləşdirdi. Ortaya çıxan problemlərə baxmayaraq, qəzet «Ziya» adı ilə 76 nömrə çıxdıqdan sonra «Ziyayi-Qafqaziyyə» başlığı ilə nəşrini 1880-ci ilin dekabrından davam etdirir. «Ziya»nın başlığının dəyişdirilməsi yeni və fərqli məna güdməyib, yalnız texniki məqsəd daşıyıb. Səid Ünsizadə bu məsələyə aydınlıq gətirərək «Ziyayi-Qafqaziyyə»nin birinci nömrəsində yazıb: «Litoqrafiyamız üçün təzə gətirdiyimiz həkkak və nəqqaş ustalarımız «Ziya»dan ötrü nəqş və nigah eylədikləri «Ziyayi-Qafqaziyyə» sərlövhəsini rədd eləməyi rəva görmədiyimizdən, beş aydan bəri qiyami-ətalətlə məsdur qalan «Ziya» qəzetimizi məzkur sərlövhə altında nəşr etməyə meyl olundu». Tədqiqatçılar yazır ki, Səid Ünsizadə «beş aydan bəri qiyami ətalətlə məsdər qalan» dedikdə heç də «Ziya»nın senzura tərəfindən bağlanmasını işarə etmirdi. Bəhs edilən məsələ Səid əfəndinin 1880-ci ilin ortalarında yeni çap maşını alması ilə bağlı idi. Belə ki, yeni maşının alınması, quraşdırılması və işə salınması bir neçə ay çəkmişdi ki, Səid əfəndi «beş ay» dedikdə bunu nəzərdə tuturdu. Yeni mətbəənin quraşdırılması müddətində qəzetin nəşri redaktor tərəfindən müvəqqəti olaraq dayandırılır.

«Ziyayi-Qafqaziyyə» adı altında qəzetin cəmi 107 sayı işıq üzü gördü. Səid Ünsizadə Bakı əyalətinə qazı təyin edildiyi səbəbindən 1883-cü il yanvarın 22-də Tiflisi tərk edərək Şamaxıya qayıtdı. Naşir Şamaxıya köçdükdən sonra «Ziyayi-Qafqaziyyə» bir müddət Tiflisdə çap olundu. Bu işi onun oğlu Ağa əfəndinin həyata keçirməsi barəsində də məlumatlar var. Həmçinin bu işdə Ağa əfəndiyə Ünsizadələrin yaxın qohumları İsmayıl bəy və Əbdürrəhim ağa köməklik göstərir.

1883-cü ildə «Ziyayi-Qafqaziyyə» mətbəəsi və qəzet redaksiyası Şamaxıya köçürüldü, qəzetin Şamaxı dövrü başlandı.

Ardı var.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

14.07.2025 / 17:14
Mətbuat Şurası Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik etdi - FOTO

14.07.2025 / 17:02
Mətbuat Şurası “Sputnik Azərbaycan”la bağlı durumu müzakirə etdi - Kartavıxın və Belousovun həbslərinin jurnalist fəaliyyətləri ilə heç bir əlaqəsi yoxdur...

14.07.2025 / 16:46
Zelenski təsdiqlədi - Ukraynanın yeni baş naziri o olacaq...

14.07.2025 / 16:31
İstilik təchizatı haqqında Qanun təsdiqləndi

14.07.2025 / 16:29
Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır - SƏRƏNCAM

14.07.2025 / 16:28
Trend-in informasiya dəstəyi ilə UNESCO-da İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd edilib – Sahil Kərimli

14.07.2025 / 16:23
Putinin müdafiə naziri ilə bağlı şok xəbər - sevgilisini 100 milyonluq nəhəng hərbi təyyarə ilə gözəllik salonuna apardı…

14.07.2025 / 16:10
Vətən sevgisinin ən uca zirvəsi...

14.07.2025 / 15:57
Görkəmli filosof Ziyəddin Göyüşov haqqında düşünçələrim...

14.07.2025 / 15:56
BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14.07.2025 / 15:56
Trampdan Rusiyaya qarşı sərt qərar - Ukraynaya Moskvanı vura biləcək raketlər göndərilir…

14.07.2025 / 15:25
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ən tez zamanda imzalanacağına ümid edirik" - Ursula fon der Lyayen

14.07.2025 / 14:48
Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

14.07.2025 / 14:44
2024-də ali məktəblərə qəbulda ən aşağı və ən yüksək nəticə göstərən rayonlar - Şahbuz, İsmayıllı və Naftalan...

14.07.2025 / 14:30
Xocalının Təzəbinə kəndinə ilk köç - 28 ailə...

14.07.2025 / 14:23
Bakıda evlərdən 11 min manata yaxın pul oğurlandı - saxlananlar var...

14.07.2025 / 14:17
"Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar" - Xocalı soyqırımı zamanı həyat yoldaşı öldürülmüş, özü girov götürülmüş zərərçəkən

14.07.2025 / 13:52
DİM sədri 5 il ərzində bəzi ixtisasların ləğv olunacağını açıqladı...

14.07.2025 / 13:47
Külli miqdarda narkotiki ölkə ərazisinə keçirməyə cəhd edən şəxs sərhəddə saxlandı...

14.07.2025 / 13:33
Ali məktəblər subbakalavrların qəbulundan imtina edir - səbəbini Məleykə Abbaszadə açıqladı

14.07.2025 / 13:19
"Ali təhsil müəssisələri attestatla qəbul imkanına etiraz ediblər" - DİM rəhbəri

14.07.2025 / 13:16
Putinin Ermənistan planı - Paşinyanın qarşısına Karapetyanı çıxarır

14.07.2025 / 13:07
Кто победит в этой схватке - Азербайджан или Россия? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.07.2025 / 12:57
"Proseslərə özümün belə müdaxilə etməyim qeyri-mümkündür" - Məleykə Abbaszadə

14.07.2025 / 12:46
“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqləndi

14.07.2025 / 12:37
Şəxsiyyət vəsiqələrində dəyişiklik - yaşayış yeri və vətəndaşlıq məlumatları olacaq...

14.07.2025 / 12:22
“Xüsusi icra məmurları haqqında” yeni qanun qüvvəyə mindi

14.07.2025 / 12:17
Azərbaycanın daha bir uğuru: Nizami Tibb Mərkəzi də HIMSS beynəlxalq akkreditasiya sertifikatı əldə etdi

14.07.2025 / 12:08
Gəncədə keçirilən art-terapiya kursu uşaqların sosial inkişafına dəstək olur

14.07.2025 / 12:02
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

14.07.2025 / 11:50
Vüqar Rəhimzadə: Ümummilli Liderin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır

14.07.2025 / 11:46
Rusiyadan miqrantlara "sürpriz" - rüsumlar artırılır...

14.07.2025 / 11:12
Milli Məclis iclas keçirir - mühüm məsələlər müzakirəyə çıxarılıb

14.07.2025 / 11:05
Yoahim Löv Özbəkistan yolçusudur...

14.07.2025 / 11:03
Azərbaycan düşmənləri mat vəziyyətinə saldı! - FOTO

14.07.2025 / 11:00
Bu iki rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

14.07.2025 / 10:35
Tramp xüsusi elçisini Ukraynaya yollayıb

14.07.2025 / 10:29
Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

14.07.2025 / 10:21
Suriyada yerli tayfalar bir-birini qırırlar - 37 nəfər ölüb...

14.07.2025 / 10:18
"Çelsi" bu çempionluqdan 114 milyon avro qazandı

14.07.2025 / 10:12
"Benfika" ukraynalı qapıçını satışa çıxardı

14.07.2025 / 10:06
Tramp Ukraynaya silah göndərir - amma pulunu Avropa ödəyəcək...

14.07.2025 / 10:00
Paşinyan Brüsselə yollanıb

14.07.2025 / 09:30
Sabunçuda ölümlə nəticələnən yol qəzası olub

14.07.2025 / 09:21
Azərbaycanda kibercinayətkar həbs edilib - DTX-dan mühüm əməliyyat

14.07.2025 / 09:18
Türkiyənin bu məşhur serialı məhkəməlik oldu

14.07.2025 / 09:12
"Çelsi"dən PSJ-yə futbol dərsi!

14.07.2025 / 09:06
Tramp Böyük Britaniyaya dövlət səfərinə gedəcək - hazırlıq gedir

14.07.2025 / 09:00
Xocalının bu kəndlərinə ilk köç karvanı yola salınıb

14.07.2025 / 08:53
Kaledoniyanın paytaxtında "Azərbaycan abidəsi"...Necədir?

14.07.2025 / 08:51
Fransızlar ŞOKDA- həbsxanadan çantada gizlənib qaçdı...

14.07.2025 / 08:21
“Taxta bazarın”da yanğın olub

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

13.07.2025 / 16:50
"Azərbaycanla Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyirik" - Ərdoğan

Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910