Bazar günü günü, 21 iyun 2026
     

Prezident sərəncamı Naxçıvanın illərlə "gözümüzə soxulan inkişafının" həm də paxırlarını açdı...

Image


Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət Proqramında muxtar respublikada gələcəkdə görüləcək işlərlə yanaşı, Naxçıvandakı çatışmazlıqlar da öz əksini tapıb.

Proqramda qeyd olunub ki, Naxçıvanda dövlət xidmətlərinə əlçatanlıq səviyyəsi aşağıdır. Əlverişli biznes mühitini formalaşdıran zəruri təşviqlərin azlığı, maliyyəyə çıxış imkanlarının məhdudluğu, regionun enerji təchizatı və kommunikasiya xətlərinin aşağı səviyyədə diversifikasiya olunması, elektrik xətlərinin istismar müddətinin başa çatdığı, kənd təsərrüfatı və digər sahələr üzrə infrastruktur və su təminatı sistemində çatışmazlıqların olduğu da proqramda qeyd edilib.

Belə çıxır ki, illərlə Naxçıvanın inkişafı ilə bağlı söylənən fikirlər aldadıcı olub?

İqtisadçı Elçin Qurbanov “Bakı-Xəbər”ə bildirdi ki, bu barədə hələ ilin əvvəlində İqtisadiyyat nazirinin təşkilatçılığı ilə geniş formatda görüşlər keçirilib, təhlil və müzakirələr aparılıb: “Mən bir çox məsələlərə  tənqidi  yanaşmağa üstünlük verirəm  ki, problemlərimizin görüntüsü daha aydın, buraxılmış səhv və nöqsanları isə təkrarlamadan aradan qaldırmaq mümkün olsun.  Naxçıvanda görülməli işlər çoxdur.  Doğrudur, Naxçıvanın bir sıra resursları var, kənd təsərrüfatının, turizmin, nəqliyyat-logistika sahəsinin, dağ-mədən sənayesinin, ticarət və insan potensialının inkşaf etdirilməsi və bütün resurslardan səmərəli istifadənin təmin edilməsi imkanları məhdud deyil. Muxtar subyektin əvvəlki ali hakimiyyətinin başında dayanan şəxsin və yaxın ətrafının bu məsələlərə qeyri-peşəkar yanaşması, xüsusilə də azad biznes mühitinin məhdudlaşdırılması, inhisarçılıq kimi  xəstəliklər azad sahibkarlığın inkişafına böyük zərbə vurdu. Bu da, öz növbəsində, regionun məşğulluq kimi problemlərinin həll olunmamasına səbəb oldu. Azad biznes mühitinin olmaması iş adamlarının kütləvi şəkildə Naxçıvanı tərk etməsinə şərait yaratdı. Muxtar Respublikanın idarəçiliyi yerli resurslardan istifadə işinə rasional deyil, avtoritar münasibət göstərildiyi üçün region daha çox kosmetik inkişafa nail ola bildi. Əsaslı şəkildə  sosial-iqtisadi  problemlər həllini tapa bilmədi. Məsələn, regionda 203 kəndin 300-dən çox çayları və arxları, 400-dən artıq kəhriz və bulaqları, onlarla gölləri və ya su anbarları olsa da, ölkə başçısı tərəfindən ayrılmış milyonlarla vəsait hesabına qazılmış artezan quyuları, hətta Yaponiya səfirliyi tərəfindən işlənmiş subartezan quyuları belə əhalinin su problemlərini həll edə bilməyib. Doğrudur, Naxçıvan iqlim baxımından quraqlıq ərazidə yerləşsə də problemin həllinin rasional təşkil olunmadığı da etiraf olunmalıdır. Biznes sektorunun maliyyəyə çıxış imkanlarına gəlincə, Naxçıvanda bu imkanların əvvəlki vəziyyəti yəqin ki, heç kəs üçün sirr deyil. Yaxşı yadımdadır ki, iş adamlarından rüşvət almaq üçün onların bəzilərini bank krediti almağa məcbur edirdilər. Onların adına kredit sənədləri rəsmiləşdirirdilər. Regionda bütün hakimiyyət qollarının və maddi resursların bir şəxsin və yaxın ətrafının əlində cəmləşməsi, azad və ədalətli məhkəmələrin olmaması hələ uzun illər Naxçıvan büdcəsinin mərkəzi büdcədən tam şəkildə asılılığını azalda bilməyəcəkdi. Məsələ ondadır ki, Naxçıvan rəhbərliyində yenilik heç də sıçrayış effekti yaratmadı. Hətta bəzi sahələrdə tam əksi oldu. Məsələn,  arıçılıqla məşğul olan şəxslərin fəaliyyəti subsidiyalaşdırılmışdı. İldə 500 manat subsdiya verilirdi. Dəyişiklikdən sona arı təsərrüfatlarının inkişafına dəstək dayandırıldı. Bir sözlə, ölkəmiz Naxçıvanın əsaslı inkişafı ilə bağlı çox ciddi vaxt itkisinə məruz qaldı. İndi isə Naxçıvanın inkişafı ilə əlaqəli həyata keçirilməli iqtisadi proqramlar və layihələr yalnız təqdir oluna bilər. Tezliklə dünya bazarlarında rəqabətə davamlı ixrac  mallarının və məhsullarının istehsalına nail olmaq, Naxçıvan iqtisadiyyatını ixraca kökləmək çətin işdir.  Hazırda və yaxın bir neçə ildə qardaş Türkiyə ixrac məqsədilə Naxçıvan üçün məhsul bazarı deyil. Amma Zəngəzur dəhlizinin açılması, nəqliyyat-logistikanın inkişafı Naxçıvanın inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərə bilər. Başqa cür qısa müddətdə sıçrayış effekti gözləməyi  sadəlövhlük hesab edirəm”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Tramp dünyanı yenə heyrətləndirdi...

SON XƏBƏRLƏR

21.06.2026 / 13:33
İran və İsveçrə XİN rəhbərləri görüşüblər

21.06.2026 / 13:22
Azərbaycan Ermənistana 1000 tona yaxın dizel göndərdi...

21.06.2026 / 13:08
200 mindən çox suriyalı qaçqın könüllü olaraq geri qayıdıb

21.06.2026 / 13:04
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazanıb

21.06.2026 / 12:45
Kılıçdaroğlu qurultaya getsə, SARAY ona qarşı bir sıra komple-dosyeləri açacaq – Fatih Altaylıdan şok iddialar

21.06.2026 / 12:32
Azərbaycana yay fəsli daxil oldu

21.06.2026 / 11:55
Prezident İlham Əliyev İordaniya Nümayəndələr Palatasının sədrini qəbul etdi - FOTO

21.06.2026 / 10:40
Tramp: "Hörmüz boğazından keçid 60 günlük danışıqlar müddətində pulsuz olaraq qalacaq"

21.06.2026 / 10:38
Canlı yayımda Kılıçdaroğlunun boğazını qurutdular...

21.06.2026 / 10:38
Şəriətmədari: “İran Bəhreyn xalqını hakimiyyətin əlindən xilas etməlidir”

21.06.2026 / 10:37
ABŞ və İran nümayəndələri İsveçrədə bir araya gələcək

21.06.2026 / 10:29
"...Sona qədər gedəcəm"-Gülnarə Dadaşova

21.06.2026 / 07:42
İrandan Vaşinqtona yeni təhdid - “Yaxın Şərqdə enerji axını dayandırılacaq”

21.06.2026 / 07:20
AB Türkiyədən Rusiya qazından imtina tələb etdi

21.06.2026 / 06:12
Britaniya baş nazirinin istefa verəcəyi xəbəri yayıldı

21.06.2026 / 05:56
Meloninin Trampa cavabı sərt oldu - “Sizin işiniz deyil…”

21.06.2026 / 05:40
Tramp Ukraynanı bu dəfə qadınlar prizmasından dəyərləndirdi - “…onlar istisnadır”…

20.06.2026 / 22:43
"Dünyadakı milyonlarla qaçqın və məcburi köçkünlə həmrəy olduğumuzu bildiririk" - Azərbaycan XİN

20.06.2026 / 22:16
Zelenski "Ağ Qartal"ı poçtla Varşavaya göndərdi, Kuçma və Yuşşenko da ordendən imtina etdi – “UPA gərginliyi” artır...

20.06.2026 / 21:29
İki lider İrana görə üz-üzə gəldi - Tramp yenə Melonini hədəf aldı, baş nazirin də cavabı gecikmədi...

20.06.2026 / 20:56
ŞOK... Bakıda gecə klubunda turistə 1270 manat "şot" gəldi...

20.06.2026 / 20:22
İran və ABŞ-dan Hörmüzlə bağlı ziddiyyətli açıqlama – SEPAH gəmilərə xəbərdarlıq etdi...

20.06.2026 / 19:06
Sabah Azərbaycandan Ermənistana 17 vaqon dizel göndəriləcək

20.06.2026 / 18:46
Tarixi “UPA mübahisəsi” Polşa ilə Ukrayna arasında ipləri qopardı – Varşava Kiyevin Aİ-yə üzvlüyünü bloklayacaq...

20.06.2026 / 18:10
Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub

20.06.2026 / 18:06
İran Hörmüzü yenidən bağlayır…

20.06.2026 / 17:56
Avropada Rusiya ilə Ukrayna danışıqlarına hazırlıqlar başladı - E5 formatı yaradılır...

20.06.2026 / 17:42
Aİ sammitindəki şam yeməyində Rusiya-Ukrayna danışıqları günün mövzusuna çevrilib - Moskva maraqlı görünmür…

20.06.2026 / 17:19
AB-nin 21-ci anti-Rusiya sanksiya paketi Vahid Ələkbərova görə dalana dirəndi...

20.06.2026 / 16:50
DİN-in Hərbi İnstitutunda buraxılışa həsr olunmuş mərasim keçirildi - FOTO

20.06.2026 / 16:11
Zelenski Lukaşenkoya ultimatum verdi - bir həftə vaxtınız var, əks halda...

20.06.2026 / 15:37
Məhkəmə hakimi anasının yas mərasimini Heydər məscidində verəcək

20.06.2026 / 15:18
Brüsseldən İrəvana "təcili" yardım - Aİ Rusiyanın təzyiqinə qarşı kisənin ağzını açdı...

20.06.2026 / 15:02
Romanın “Casa del Cinema” mərkəzində “Tağıyev: Neft” filminin premyerası keçirilib

20.06.2026 / 14:44
"Şişirdilmiş başlıqlar cəmiyyətdə süni ajiotaj yaratmaq cəhdi kimi qəbuledilməzdir" - MEDİA

20.06.2026 / 14:28
Özünü prokurorluq əməkdaşı kimi təqdim edən dələduz tutuldu...

20.06.2026 / 14:03
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 7 vaqon buğda göndərdi

20.06.2026 / 13:47
Tramp xüsusi nümayəndəsini İranla danışıqlar üçün İsveçrəyə göndərdi...

20.06.2026 / 13:09
Qərbi Azərbaycanda milli-mədəni irsin məhv edilməsi və saxtalaşdırılması faktları araşdırılıb

20.06.2026 / 12:14
Dünya Çempionatını izləmənin ən cazibədar ünvanı - Antiphellos Teatrı…

20.06.2026 / 12:01
Kitabxana işçiləri ilə attestasiya prosesi üzrə ilk məlumatlandırıcı görüş keçirilib

20.06.2026 / 11:59
“Bizim Maqsud müəllim” tamaşası nümayiş olub

20.06.2026 / 11:56
Tramp Süleymaninin öldürülməsinin səbəbini açıqladı

20.06.2026 / 11:54
ABŞ-İran danışıqları: Uitkoff İsveçrəyə səfər edəcək

20.06.2026 / 11:23
Kılıçdaroğlu “Dəmirtaşın həbsinə səs verdiyimə peşman deyiləm” dedi - cavab sərt oldu…

20.06.2026 / 10:43
ABŞ kəşfiyyatından Trampa Netanyahu xəbərdarlığı – bu ehtimal çox yüksəkdir...

20.06.2026 / 10:19
ABŞ Prezidentindən şok İsrail açıqlaması - “…mən nə deyirəmsə onu edirlər”

20.06.2026 / 10:13
Reuters: “Sanksiyaların ləğvi ilə SEPAH-ın biznes imperiyası böyük qazanc əldə edəcək”

20.06.2026 / 10:10
Tramp: “İran razılaşmasa, onları xoşbəxt etməyəcək addımlar atacağıq”

20.06.2026 / 09:58
Tramp Xameneyinin yaralanmasına görə təəssüfləndiyini dedi...

20.06.2026 / 09:20
DYP həftəsonu ilə bağlı sürücülərə müraciət etdi

20.06.2026 / 08:02
Kılıçdaroğlu canlı yayımda təqdimatına etiraz etdi, studiyada gərginlik yaşandı

20.06.2026 / 07:47
“Başladığımız yerə döndük” - Barak Obama

20.06.2026 / 07:35
Ukrayna XİN rəhbəri Polşa Komandir Xaçından imtina etdi - Gərginlik artır…

20.06.2026 / 07:13
Kuba rəhbərini də Maduronun aqibəti gözləyir? - Heqset mümkün sayır…

20.06.2026 / 07:03
Polşa Prezidenti Zelenskini ən yüksək dövlət mükafatından məhrum etdi - Tuskun reaksiyası gündəmdə…

19.06.2026 / 23:12
İran ABŞ-ı açıq təhdid etdi - bu dəfə daha sərt şillə yeyəcəklər...

19.06.2026 / 22:50
Vətənə tuşlanan düşmən gülləsinə sinəsini sipər etdi – Elvin Şahmarlı

19.06.2026 / 22:37
İlham Əliyev 3 super dövlətin birgə keçmiş siyasətini cəsarətlə ifşa etdi...

19.06.2026 / 22:15
AB edamlara görə İranı tənqid etdi

19.06.2026 / 21:54
Bir gündə onlarla gəmi: Hörmüz boğazında canlanma müşahidə olunub

19.06.2026 / 21:30
Azərbaycanın üstündən daşınan yük 15-dən 30 milyon tona çatdırılacaq...

19.06.2026 / 21:06
Qarabağ münaqişəsinin bu qədər uzanmasının unikal səbəbi... dünya eşitdi...

19.06.2026 / 20:47
Azərbaycanın Ermənistanla siyasətinin 2 əsas prinsipi bəyan edildi - “unutmayacağıq” və “yenidən qisas almayacağıq”...

19.06.2026 / 20:32
Çingiz Əsgərov Avropa Məhkəməsinin anti-Azərbaycan qərarlarını tutarlı arqumentlərlə alt-üst etdi...

19.06.2026 / 20:15
Rüstəm Minnixanov Prezident İlham Əliyevə məktub ünvanlayıb

19.06.2026 / 20:10
Trampın "mənə yalvardı" iddiaları Melonini qəzəbləndirdi – XİN başçısı ABŞ səfərini ləğv etdi

19.06.2026 / 19:51
Azərbaycan-Ermənistan sərhədində zəlzələ...

19.06.2026 / 19:38
Xamenei ABŞ-la razılaşmanı bir ŞƏXSİN xahişindən sonra qəbul etdi...

19.06.2026 / 19:17
Rusiya ABŞ və Fransa kimi düşmənlərin Ermənistanda hərbi təliminə susdu...

19.06.2026 / 19:03
Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət etdi

19.06.2026 / 18:49
İslam İnkişaf Bankı Qrupunun toplantıları çərçivəsində 32 saziş imzalandı..

19.06.2026 / 18:36
Hörmüzün açılması neftin qiymətinə və dolların nüfuzuna maraqlı təsir göstərdi...

19.06.2026 / 18:15
Abituriyentlərin 40 faizə yaxını imtahanlarında 200-dən az bal toplayıb...

19.06.2026 / 18:01
Kılıçdaroğlu Dəniz Baykala qarşı intim video komplosu ilə necə CHP başqanı oldu? – Vikiliks açır...

19.06.2026 / 17:46
Ceyhun Bayramov Almaniya səfiri Horlemannı qəbul edib

19.06.2026 / 17:36
Paşinyan 7 iyun seçkidən sonra Avrasiya İqtisadi Birliyinə münasibətini dəyişir...

19.06.2026 / 17:32
Ermənistan kömək üçün Avropanın qapısında rəsmi "əl açıb"...

19.06.2026 / 17:23
“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib

19.06.2026 / 17:23
Ermənistanda müxaliflərin kütləvi həbs mərhələsi başladı...

19.06.2026 / 17:16
Dünyada gübrə bahalaşır, amma ölkəmizin gübrə gəliri azalır... Niyə?

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ