Bazar günü günü, 11 oktyabr 2026
     

Ruslar üçün Azərbaycanın əmlak bazarı daha cəlbedici olur...

Image


Dubayda daşınmaz əmlak bazarının analizilə məşğul olan şirkətlərin məlumatlarına görə, bu ilin birinci rübündə rusiyalı alıcıların payı Birləşmiş Ərəb Əmirliklərində 67 faiz artıb. Bildirilir ki, səbəb Qərb sanksiyalarının varlı rusiyalıları bir çox başqa ölkələrdə biznes qurmaq imkanından məhrum etməsidir.

"Betterhomes" rieltor şirkətinin məlumatına görə, Dubay bazarının ən fəal investorları reytinqində Rusiya yalnız dörd ölkədən - Britaniya, Hindistan, İtaliya və Kanadadan geri qalaraq 7-ci yerdən 5-ci yerə yüksəlib.

Ekspertlərin fikrincə, tezliklə Rusiya daha da irəliləyə və bəlkə də siyahıya başçılıq edə bilər. Bu, sonuncu sanksiyaların nəticələri hiss olunanda baş verəcək. Məlumatlara əsasən, Dubayda bu yaxınlarda ev almış rusiyalılar arasında bir sıra tanınmış şəxslər, o cümlədən, iş adamı Roman Abramoviç də var. Xarici müəssisələrin Dubayda məskunlaşmasına kömək edən "Virtuzone" şirkətinin məlumatına görə, Ukraynada müharibə başlayandan sonra rusiyalıların bu quruma müraciətlərinin sayı 5 dəfə artıb. Şirkətin baş direktoru Corc Hoce bu xüsusda qeyd edir: "Onlar qarşıdakı iqtisadi böhrandan qorxurlar və sərvətlərini xilas etmək üçün bura köçürlər". "Betterhomes" şirkətinin baş direktoru Ryan Mahoneynin sözlərinə görə, Rusiyadan olan müştərilər Dubayın ən prestijli ərazilərində - əsasən Fars körfəzinə baxan dəbdəbəli yaşayış komplekslərində ev almağa üstünlük verirlər. Brokerlərin hesablamalarına görə, rusiyalılar 2022-ci ilin ilk üç ayında Dubayda təxminən 12 milyard dollar xərcləyiblər. Bu müddət ərzində bir ev üçün 76,2 milyon dollar məbləğində rekord sövdələşmə qeydə alınıb. Müqayisə üçün deyək ki, Rusiya vətəndaşlarının Londonda aldıqları ən bahalı mülklərdən biri 34 milyon funt-sterlinq (42 milyon dollardan çox) dəyərində olub. Rusiyalıların Britaniyadakı digər mülkləri kimi, prestijli Naytsbric bölgəsindəki bu ev də sahibi tərəfindən dəyişdirilməyə təklif edilir. Dubay brokerlərinin dediyinə görə, fərdi sanksiyalar və ya bank əməliyyatlarına qoyulmuş məhdudiyyətlər ucbatından xaricdəki əmlaklarını satmaq problemiylə üzləşmiş bir çox varlı rusiyalı üçüncü ölkələrin daşınmaz əmlak agentliklərinə barter sövdələşmələri təklif edirlər, məsələn, Londondakı evi Dubaydakı evlə dəyişdirmək istəyirlər. Londonda mənzil almaqda maraqlı olan BƏƏ sakinləri bu sxemi aktiv şəkildə nəzərdən keçirirlər, amma hələ qeyri-müəyyən olan bu yenilik çoxlarını qorxudur. Mübadilə təklifi ilə tanış olan, adının açıqlanmasını istəməyən dubaylı iş adamı "Financial Times" qəzetinə bildirib: "Mən bu varianta çox şübhə ilə yanaşıram, belə bir sxemin işlək olacağına əmin deyiləm, Londonda həddindən çox sənəd təqdim etmək lazım gələcək. Amma bu, maliyyə sistemindən yan keçmək üçün rusların nələrə hazır olduğunu göstərir". Hüquqşünasların sözlərinə görə, belə barter yalnız o halda mümkün ola bilər ki, rusiyalı mülk sahibinə sanksiya tətbiq edilməmiş olsun.

Rieltorlar ilin əvvəlindən Dubayda nağd pul əməliyyatlarının həcmində də kəskin artım olduğunu qeyd edirlər. Rusiya Mərkəzi Bankının ölkədən 10 min dollardan artıq pul çıxarılmasıyla bağlı qadağasına nəzərən demək olar ki, Dubayda ev alan rusiyalıların kapitalı heç də Rusiyada deyil. Elə Ryan Mahoney də deyir ki, Dubayın daşınmaz əmlak bazarında rusiyalıların iştirakı əvvəllər də nəzərəçarpan dərəcədə olub, amma son bir neçə ildə tələbat ciddi şəkildə artıb. Daşınmaz əmlak bazarı Dubay iqtisadiyyatının üçdə birini təşkil edir. Dubayda kök salmış çox sayda beynəlxalq şirkətin əməkdaşları sayəsində burda evlərə, xüsusilə də kirayə verilən mənzillərə həmişə tələbat var.

Əcnəbilərin pandemiyaya görə kütləvi şəkildə öz ölkələrinə qayıtması bu bazarı hiss olunacaq səviyyədə sarsıdıb. Ona görə də həm bütövlükdə Birləşmiş Ərəb Əmirlikləri, həm də bu əmirliklərdən biri olan Dubay rusiyalı müştəriləri böyük həvəslə qarşılayır.

BƏƏ Rusiya ilə Ukrayna arasındakı münaqişədə neytral mövqe tutub. Hakimiyyət nümayəndələrinin sözlərinə görə, ölkədəki bütün təşkilatlar, ilk növbədə maliyyə qurumları müharibədən və onun nəticələrindən qaçmış rusiyalılara və ukraynalılara eyni səviyyədə xidmət göstərir. "Ahmad Bin Hezeem & Associates" hüquq firmasının əməkdaşı Maykl Kortbavi ey dedir ki, Ukraynada müharibə başlayandan sonra rusiyalı müştərilərin çoxaldığını gördmək olar: “Buna görə də onlara xidmət etmək üçün ayrıca bir Rusiya şöbəsi yaratmağa qərar verdik". Onun sözlərinə görə, Moskvada böyük beynəlxalq hüquq firmalarının bağlanması nəticəsində işə dəvət üçün istedadlı hüquqşünaslar fondu yaranıb. Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankı digər ölkələrin tətbiq etdiyi sanksiyalara və məhdudlaşdırıcı tədbirlərə görə risklərin artması səbəbindən bankları rusiyalı müştərilərə münasibətdə ehtiyatlı olmağa çağırır. Amma bu tövsiyəyə əməl olunmur. Dubaydakı mənbələrin sözlərinə görə, banklar və digər xidmət sahələri Rusiyadan iri kapital axınına o qədər alüdə olublar ki, pulu nisbətən az olan rusiyalılar bundan əziyyət çəkirlər: sənədləşdirmə işləri gecikdirilir, BƏƏ banklarında çətinliklə hesab aça bilirlər, daşınmaz əmlak bazarındakı nisbətən ucuz mülklər üçün aşağı keyfiyyətli xidmətlə üzləşirlər. Hələlik isə rusiyanın imkanlı şəxsləri Dubayla yanaşı, Türkiyəyə də çox maraq göstərirlər. Rusiyalılar, əsasən, Antalya, Alaniya və Mersin bölgələrində əmlak almağa maraq göstərirlər. Türkiyənin böyük şəhərləri turizm mənbəyi olan yerlərdir, dünyanın hər istiqamətindən bura axın var. Bu baxımdan, iş adamları üçün də münbit şərait mövcuddur. Digər tərəfdən, Türkiyə illər əvvəl öz Mülki Məcəlləsinə dəyişiklər etdi. Buna əsasən, xarici vətəndaşlar bu ölkədə həm daşınmaz əmlak, həm də torpaq sahəsi ala bilər, müxtəlif biznes sahələrindən də yararlanmaları mümkündür. Hesab edilir ki, Azərbaycan da ruslar üçün maraq doğuran ölkələr arasındadır. Azərbaycanda rusdilli məktəblərin çoxluğu, bu ölkə ilə olan yaxınlıq iş adamlarının burada yatırım etməsi və ya yaşaması üçün əlverişli şərait yaradır. Ruslar üçün, Bakı ilə yanaşı, daha çox turistik zonalar diqqət mərkəzindədir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ