Cümə günü, 02 oktyabr 2026
     

Taxılın istehsalı da, idxalı da yenə artmaqda davam edir

Image


Aparılan hesablamalar cari ildə və ondan sonrakı dövrdə Azərbaycanda taxıl istehsalının əhəmiyyətli dərəcədə artacağını göstərir. Bunu şərtləndirən əsas səbəb işğaldan azad edilən ərazilərdə taxıl əkini və prosesin məcmu istehsal həcminə təsir göstərməsidir.

Torpaqlarımız işğaldan azad edilənə qədər Azərbaycanda ildə 3,5 milyon ton taxıl istehsal edilib. Bunun təxminən iki milyon tonunu buğda istehsalı təşkil edib. Amma bu vaxta qədər Azərbaycanda illik 3,5 milyon ton taxıl işğaldan azad edilən torpaqların payı olmadan istehsal edilirdi. İndi işğaldan azad edilən ərazilərin də taxıl istehsalında böyük payı olacaq. Bu torpaqlar kənd təsərrüfatına cəlb ediləcək və yerli istehsal ekspertlərin fikrincə, 4 milyon tondan da artıq olacaq. Təbii ki, bu qeyd edilənlər ərzaq təhlükəsizliyi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Amma məsələnin maraq doğuran tərəflərindən biri taxıl idxalında qeydə alınan artımdır. Qeyd edək ki, bu ilin 3 ayında Azərbaycan 47,75 milyon  dollar dəyərində 187,9 min ton buğda idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 32 % və 13,5 % çoxdur. Hesabat dövründə buğda idxalının ümumi idxaldakı payı 1,37 %-dən 1,89 %-ə yüksəlib. Belə bir vaxtda ABŞ-ın Kənd Təsərrüfatı Departamenti 2020-2021-ci il aqrar mövsümündə Azərbaycanın taxıl məhsulları üzrə gözlənilən idxalla bağlı proqnozunu artırıb. Bu məqam departamentin hazırladığı "Taxıl: Dünya bazarı və ticarəti" adlı hesabatın may sayında öz əksini tapıb. Departament Azərbaycanın taxıl idxalı ilə bağlı gözləntilərini əvvəlki proqnozla müqayisədə 250 min ton artıraraq 1,350 milyon tondan 1,6 milyon tona çatdırıb. Hesabata əsasən, dünyada taxıl istehlakı artır, əsasən də Türkiyə və Ukraynada. Bu səbəbdən Türkiyə bu yaxınlarda iri həcmdə Rusiyadan alışlar həyata keçirib, Ukrayna isə taxıl ixracını azaldıb. Departamentin gözləntilərinə görə, bu il Ukrayna taxıl ixracını 500 min ton azaldaraq 17 milyon tona çatdıracaq. Qurumun proqnozlarına əsasən, taxıl idxalı Azərbaycan, İran, Pakistan və Türkiyəyə artacaq. Region ölkələrindən Türkiyə və İranın taxıl idxal üzrə proqnoz müvafiq olaraq 800 min ton və 300 min ton artırılaraq 9 milyon tona və 1,8 milyon tona çatdırılıb. Pakistan üçün isə proqnoz 200 min ton artırılaraq 3,8 milyon tona çatdırılıb. İndi maraq doğuran məqam odur ki, nədən Azərbaycanda yerli taxıl istehsalı artdığı halda idxal da çoxalır. Ekspertlər bunu əsas taxıl məhsullarından olan buğda ilə əlaqələndirir. Belə ki, Azərbaycanda çörək və digər un məmulatlarının istehsalı üçün lazım olan buğdanın böyük hissəsi xarici ölkələrdən idxal olunur. Un məmulatları istehsal edən firmalar yerli taxıl sortlarının ərzaq məhsullarının istehsalı üçün yararlı olmadığını bildirir. Məsələ burasındadır ki, idxal buğdası yumşaqdır və onun üyüdülməsi daha asandır. Yerli istehsal isə bir qədər bərkdir. Bu səbəbdən dəyirmanlar ona yaxın durmaq istəmir. Ekspertlər hesab edir ki, vəziyyətdən çıxış yolu kimi bir vaxtlar regionlarda mövcud olan dəyirmanlar şəbəkəsini yenidən qurmaq lazımdır. Bu dəyirmanlar əsas etibarı ilə yerli buğdadan istifadə edib. İndi, hesablamalara əsasən, hər rayon ərazisində orta hesabla bir-iki dəyirman olsa, un istehsalını yerli buğda hesabına xeyli artırmaq olar. Dəyirmanlar şəbəkəsini rayonlarda yaradandan sonra artıq yerli istehsalçının min əziyyətlə yetişdirdiyi taxıl, buğda heyvan yemi olaraq deyil, normal un istehsalı üçün istifadə edilə biləcək. Digər tərəfdən, yerli buğda idxal olunan bu məhsuldan daha kalorili və daha dadlıdır. Başqa bir ciddi məsələ bizə taxıl ixrac edən ölkələrdə müxtəlif vaxtlarda ixracata məhdudiyyətlərin qoyulmasıdır. Odur ki, yerli istehsal artsa, Azərbaycan belə məhdudiyyətlərdən hansısa ciddi zərər görməyəcək.

Bundan başqa, ekspertlərin fikrincə, dövlət tərəfindən proqram hazırlansa və dövlət nəzarəti olsa, bu proses daha rahat həyata keçirilə bilər. Əlavə olaraq özəl sahibkarlara da geniş imkanlar yaradılmalı, vergi güzəştləri verilməli və digər təşviqedici addımlar atılmalıdır. Burada xatırlamaq lazımdır ki, taxıl da daxil olmaqla, kənd təsərrüfatı məhsullarına tələbatın ildən-ilə sürətlə artması XXI əsrin dünyada yaratdığı yeni vəziyyətdir. Bunun iki əsas səbəbi var. Birincisi, planetdə əhalinin sürətlə artmasıdır. İkincisi, insanların alıcılıq qabiliyyətinin yüksəlməsi sayəsində daha çox ərzaqdan istifadə edilməsidir. Belə vəziyyət qiymətləri bazarın qızıl qanunu olan tələb və təklifə uyğun şəkildə müəyyənləşdirir. Hazırda dünyada əsas məhsulların qiymətlərinin ardıcıl olaraq yüksəlməsi müşahidə edilir. Azərbaycanın bundan sığortalanması üçün yerli istehsal həcmini artırması vacib şərtdir.

Tahir TAĞIYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ