Belçika Kəşfiyyat Xidmətinin (VSSE) araşdırmalarına görə, Qərbi Avropadakı radikal sağçı qruplar sürətlə yüksəlişə keçib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu qrupların silahlanmaya çalışdığını ortaya çxaran Belçika kəşfiyyatı, bəzi radikal sağçı qrup liderlərinin, dəstə üzvlərinə hətta atış təlimi almaları, qanuni ya da qanunsuz yollarla silah əldə etməyə dair çağırışlarının olduğunu da bildirir.
Kəşfiyyatın açıqladığı məlumatlara görə, Qərbi Avropanın digər ölkələrində olduğu kimi Belçikada da mövcud olan radikallar fərqli formada - “ağ yaxalı radikal sağ” adı altında təşkilatlanmağa bağlayıb.
Qeyd edilir ki, xüsusilə 2015 və 2016-ci illərdəki miqrant böhranından sonra, İslam və miqrantlar radikal sağçıların əsas hədəflərindən birinə çevrilib. Buna misal kimi də Finlandiyada yerləşən "Odin əsgərləri" qrupu göstərilir.
Əsasən təhsilli gənclərin meyl göstərdiyi “ağ yaxalı radikal sağ”a nümunə olaraq, Fransada "Generation Identitair" və Almaniyada "Identitare Bewegung Deutschland" kimi qrupların adı çəkilir.
Belçika kəşfiyyatının açıqlamasında diqqət çəkən başqa bir məsələ isə sağçı qrupların silahlanmaya çalışmasıdır.