"Facebook" Yeni Zelandiyada məscidlərə edilən hücumların sosial şəbəkədə yerləşdirilən 1,5 milyondan artıq videosunu silib.
Baki-xeber.com xəbər verir ki, Yeni Zelandiyada 50 nəfərin qətlə yetirildiyi məscid hücumu "Facebook"da canlı yayımlanmışdı. Sosial media nəhənginin bu qədər həsas bir məsələyə gec müdaxilə etməsi isə sərt tənqidlərə yol açmışdı.
Məsələ ilə bağlı açıqlama yayan "Facebook" olayla əlaqəli sutka ərzində 1,5 milyondan çox videonun silindiyini bildirib. Onlardan 1,2 milyondan çoxu yüklənmə mərhələsində yayımlanmadan əvvəl silinib.