Rusiya prezidenti Vladimir Putin Rusiyanın “Soyuq müharibə” dövründə imzalanmış orta və qısamənzilli raketlərin ləğvinə dair sazişin dayandırılması haqqında sənədi imzalayıb.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kreml açıqlama yayıb.
Açıqlamada, Putinin ABŞ tərəfindən müqaviləyə dair öhdəliklərinin pozulmasını aradan qaldıranadək dayandırılmasını əmr etdiyini, Xarici İşlər Nazirliyinə anlaşmanı imzalayan digər ölkələrin məlumatlandırılmasına dair təlimat verdiyi bildirilir.
Fərman imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, Rusiya prezidenti bu yaxınlarda ABŞ-ın Avropa və digər regionlarda yeni raketlər yerləşdirməsinə effektiv cavab veriləcəyi ilə hədələyib. Putin deyib ki, Vaşinqton orta və qısamənzilli raket sazişindən çıxdıqdan sonra müzakirələrə hazır deyilsə, biz "bağlı qapıları" döyməyəcəyik.
ABŞ Rusiyanı aqressiv xarici siyasət yürütməkdə ittiham edir.
Birləşmiş ştatlar cümə günü onillərdir bütöv bir kateqoriya nüvə silahlarını qadağan edən razılıqdan geri çəkildiyini elan edib. Bəzi təhlilçilər isə bu addımın yeni silah yarışına gətirib çıxara biləcəyindən narahatdır.
ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, 2 fevraldan etibarən Vaşinqton “Soyuq müharibə”dən bəri qüvvədə olan ABŞ-Rusiya Orta-Mənzilli Nüvə Qüvəlləri Razılığı qarşısındakı öhdəliyini dayandırır. ABŞ Rusiyanı bəzi qurudan atılan kruiz raketlərini qadağan edən razılığı pozmaqa ittiham edib. Rusiya isə bu ittihamı rədd edir.
Bu, bütün dünyada, xüsusilə də 5500 kilometr məsafəni qət edə bilən qurudan atılan kruiz raketləri daxil olmaqla bir kateqoriya silahları qadağan edən ilk silahlara nəzarət razılığıdır.