Donald Tramp hökuməti Səudiyyə Ərəbistanına nüvə silahı istehsalında istifadə edilə biləcək nüvə reaktoru satmağı planlaşdırır. Baki-xeber.com xəbər verir ki, bu iddia ilə "New York Times” nəşri çıxış edib.
Xəbərdə, Trampın baş məsləhətçisi Cerard Kuşnerin Səudiyyə Ərəbistanı səfərində vəliəhd şahzadə Məhəmməd İbn Salmanla Səudiyyə nüvə proqramı və ABŞ-ın yardımını müzakirə edə biləcəyi vurğulanıb.
Şimali Koreya və İranın nüvə silahlarından təmizlənməsini istəyən Trampın Səudiyyə Ərəbistanına nüvə silahı istehsalında yardım etmək edə biləcəyi qeyd edilən xəbərdə, ABŞ administrasiyasının Səudiyyəyə nüvə silahı istehsalında istifadə edilə biləcək nüvə reaktoru satmaq planının olduğu iddia edilir.
Səudiyyə Ərəbistanına nüvə reaktorları satmaq planı sabiq milli təhlükəsizlik üzrə məsləhətçi Maykl Flinnin də aralarında olduğu, bir qrup təqaüdçü rəsmilər tərəfindən ortaya atılıb. Plana görə, Səudiyyə Ərəbistanında 40 nüvə stansiyası yaradılacaq. İlkin mərhələdə isə sadəcə 2 stansiya inşa ediləcək. Rəsmi Ər-Riyad bu nüvə stansiyalarını elektrik istehsalı üçün istəyir. Lakin bu istəyin altında daha gizli məqsədlərin olduğu da istisna edilmir.