Qatıldığı bir televiziya proqramında, Türkiyənin Avropa Birliyinə üzvlük müzakirələrinin təxirə alınmasına dair sualı cavablandıran prezident Rəcəb Tayyib Ərdoğan Avropa Parlamentinin qəbul ediyi qərarın heç bir dəyərinin olmadığını deyib.
Baki-xeber.com “Euronews”a istinadən xəbər verir ki, Ərdoğan, Avropa Birliyinin böyük bir böhran içində olduğunu vurğulayıb: "Bunun ilk addımı “Brexit”dir, digər ölkələrin də bunu təkrarlayacağı gözlənir. Fransada yaşanan hadisələr adi hadisə deyil. Bunlara laqeyd qalmaq olmaz. Demək, bir yerdə boşluq var ki, bunlar yaşanır. Başqa ölkələrdə də ciddi problemlər yaşanır”.
Ərdoğan deyib ki, Birlik daxilində yaşanan böhran Avropa Birliyinin qurumlarına da təsir edir. AB-nin təəssüf ki, hazırda Avropaya belə faydası yoxdur.
“Türkiyəni niyə qəbul etmirsiz” dediyimiz zaman həmişə söylədikləri nədir bilirsinizmi? “Sizin 82 milyon əhaliniz var”. Əhalimiz çoxdur. Siz əsl həqiqəti açıqlayın. Açıqlamırlar, amma bir dəfə bunu Fransa xarici işlər nazirindən eşitdim. Nə dediyini bilirsinizmi? "Siz müsəlmansınız, sizi Avropa Birliyinə qəbul etməzlər" dedi” - Türkiyə prezidenti bildirib.