Ukrayna prezidenti Petro Poroşenko NATO-ya müraciət edərək, Rusiyanın hücum ehtimalına qarşı Qara dənizə hərbi gəmilər göndərməyə çağırıb. Baki-xeber.com xəbər veri ki, ABŞ-ın “Foks Nyus” kanalına müsahibə verən Poroşenko Krımın işğalından sonra Qara dənizdə güc balansının tamamilə pozulduğunu deyib.
“Rusiyanın Qara dənizdəki aqressiv addımlarını davam etdirə biləcəyini söyləyən ukraynalı lider deyib: “Əvvəl Ukrayana gəmilərinə hücum etdilər. Elə buna görə, bölgədə NATO gəmilərinin varlığı sabitliyi təmin edəcək.
Rusiyanın Krımda hərbi varlığını getdikcə daha da gücləndirdiyini deyən Poroşenko Putinin raketlərini yerləşdirmək üçün Krımdan istifadə etdiyini deyib: “Krımda Rusiya dəniz qüvvələrinin varlığı ciddi şəkildə artırılıb. Bu vəziyyət çox böyük təhlükə yaradır”.
Putinə qarşı daha sərt mövqe tutulmasının lazım gəldiyini deyən Ukrayna prezidenti qeyd edib ki, əgər beynəlxalq koalisiya kifayət qədər güclü olarsa, güclü sanksiyalar davam edərsə, sahib olduğumuz bütün bu təzyiq vasitələri işə yarayar: “Putinlə bu şəkildə danışmaq nəticə verər”.