İran Prezidenti Həsən Ruhani Böyük Britaniyanın Mİ6 kəşfiyyat orqanından təlimat alır.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, belə bir iddia ilə Məşhəddən seçilən iranlı deputat Cavad Kərimi Kuddusi çıxış edib.
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Cavad Kərimi Kuddusi “Didarnews.ir” saytında görüntülü səs yazısında, H.Ruhaninin “Mİ6”dan təlimat aldığını iddia edib. O, İran İnqilab Keşikçiləri Qvardiyasının “Mİ6” əməkdaşı ilə danışığına dair telefon qeydlərini Ruhaniyə verdiyini də deyib.
Kərimi Kuddusi hakimiyyətdaxili mühafizəkar xəttə yaxınlığı ilə tanınır.