İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Feridun korrupsiyada ittiham edilir. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın rəsmi informasiya agentliyi IRNA məlumat yayıb.
Məlumata görə, əvvəllər prezident Ruhaninin məsləhətçisi olmuş Feridunla birgə, karrupsiyada ittiham edilən 4 nəfər məhkəmədə ifadə verib.
Qeyd edək ki, 1989-1997-ci illərdə İranın Kuala Lumpurda səfiri olan Feridun 2017-ci ilin iyulunda korrupsiya istintaqı çərçivəsində həbs olunub və bir müddət sonra zəmanətlə sərbəst buraxılıb.
Ruhani tərəfdarları Feriduna qarşı ittihamların siyasi olduğunu irəli deyirlər.
İran prezidenti Həsən Ruhani 1979 inqilabındən əvvəl familyasını din xadimi mənası verən "Ruhani" adına dəyişib. Onun əvvəlki adı Feridun olub.