Rusiya tərəfindən Çinə satılan milyardlarla dollarlıq S-400 raket sistemləri gözlənilməz "qəza" nəticəsində sıradan çıxıb. Baki-xeber.com xəbər verir ki, Rusiya dövlət silah və texnologiya şirkəti “Rostex”in baş direktoru Sergey Çamazov Çinə gəmi ilə göndərilən sistemin fırtına nəticəsində yararsız vəziyyətə düşdüyünü açıqlayıb.
“Rusiya uzun müddət əvvəl S-400-lərlə bağlı Çinlə müqavilə imzalamışdı. Sistemlərin hamısı təslim edilməli idi. Ancaq təəssüf ki, qəza baş verdi. Raketləri daşıyan gəmi fırtınaya yaxalandı və bütün raketlər sıradan çıxdı” – Çamazov deyib.
Onun sözlərinə görə, Rusiya Çin üçün indi yenidən S-400 istehsalına başlayıb.
Rusiya ilə Çin S-400 sistemilə bağlı 3 milyard dollarlıq saziş bağlayıb.
Qeyd edək ki, 2018-ci il yanvarın 18-də raketlərin təslim edilməyə başlandığı açıqlanmışdı. Sankt-Peterburqdan yola çıxan gəmilər Fransa yaxınlığında fırtınaya düşüb və raket sistemləri ciddi zərər görüb. Hadisədən sonra gəmi kapitanının Rusiyaya geri dönməyə qərar verdiyi bildirilir.