“Ərəb baharı”nın qurbanı olan ilk ölkə lideri Tunisin keçmiş prezidenti Zeynel Abidin bin Əli və ailəsinə məxsus təxminən 450 milyon dollara əl qoyulub. Baki-xeber.com xəbər verir ki, bunu Tunisin maliyyə naziri Rza Şelqum deyib.
Nazir bu günə qədər keçmiş prezident və ailəsinə aid nağd, bank hesabı və daşınmaz əmlakdan ibarət, ümumi dəyəri təxminən 450 milyon dollara əl qoyulduğunu deyib.
Onun sözlərinə görə, müsadirə edilən malların 420 milyon dolları xəzinəyə qaytarılıb.
Ölkədə inqilabdan sonra reallaşan müsadirələrlə bağlı açıqlama verən R.Şelqum, Milli Müsadirə Komissiyası tərəfindən 2012-2018-ci illər arasında 2 min 335 müsadirə qərarı çıxarıldığını, bunların 630-nun daşınmaz əmlak, 20 şirkət, 242 bank hesabı, 211 avtomobil, yaxta, 139 silah, mebel və digər qiymətli metallardan ibarət olduğunu deyib.
Ədliyyə naziri Məhəmməd Kərim əl-Jamusi isə Tunisdən xaricə qaçırılan valyutanın ancaq 40 milyon dollarını ölkəyə qaytara bildiklərini deyib.