Keçən il keçmiş sovet agenti Sergey Skripalın zəhərlənməsinə görə, Böyük Britaniya ilə Rusiya arasında yaranmış böhran daha da dərinləşir.
Baki-xeber.com xəbər verir ki, Britaniyanın Salisbur şəhərində 13-cü əsrdə inşa edilmiş və hazırda bərpası davam edən Müqəddəs Məryəm Ana Katedralı Kilsəsi üzərinə Rusiya bayrağının asılmasına görə, iki ölkə arasında gərginlik yenidən artıb.
Nəhəng Rusiya bayrağı kilsə üzərində bazar günü iki nəfər tərəfindən asılıb. Britaniya mətbuatı, Skripal olayından sonra Rusiyanın nəhəngi rus bayrağı ilə Britaniyaya əzələ nümayiş etdirdiyini yazır.
Rusiya konsulluğu isə bayrağın ruslar tərəfindən asılmadığını, hadisə ilə heç bir bağlılığının olmadığını bildirib. Hadisəni təxribat kimi dəyərləndirən konsulluq, bunun Skripal olayı ilə bağlanmasının da üzücü olduğunu deyib.