ABŞ prezidenti Donald Tramp İŞİD terrorçuları ilə bağlı Avropa ölkələrinə xəbərdarlıq edib. Baki-xeber.com xəbər verir ki, ABŞ prezidenti Twitter vasitəsilə Avropa ölkələrini Suriyada tutulan 800 avropalı İŞİD terrorçusunu təslim alıb, mühakimə etməyə çağırıb.
Tramp bildirib ki, əks halda onların hamısını azad edəcəklər: “Britaniya, Fransa, Almaniya və digər avropalı müttəfiqlərimiz, Suriyada əsir aldığımız 800 İŞİD terrorçusunu təslim alıb mühakimə etmələrini istəyirik. İŞİD dağılmaq üzrədir. Digər bir xoşagəlməz alternativ isə onları azad etmək məcburiyyətində qalmaqdır".
İŞID terrorçularının gözlənildiyi kimi vropaya köçməsini istəmədiklərini deyən "Biz bir çox şey etdik, çox pul xərclədik. Artıq başqalarının da addım atmaq və əllərindən gələni etmələrinin zamanıdır. Bu, İŞİD yüz faiz məğlub oduqdan sonra bölgədən çkiləcəyik" bildirib.