ABŞ-ın Türkiyəyə, Rusiya ilə S-400 razılaşmasını ləğv etmə qarşılığında “Patriot” havadan müdafiə sistemləri satmaq təklifini Prezident Rəcəb Tayyib Ərdoğan rədd edib. Baki-xeber.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, Ərdoğan, Türkiyənin “Patriot” sistemlərinin satışı ilə əlaqədar təklifi cavablandırması üçün Vaşinqtonun verdiyi vaxt başa çatdıqdan bir gün sonra rədd cavabı verib.
Vaşinqton Ankaraya, S-400 havadan müdafiə sistemlərinin satışı ilə bağlı Rusiya ilə razılaşmanı ləğv etməyi təklif edib.
ABŞ, Rusiya S-400 sistemləri almaqdan imtina etməyəcəyi halda, Türkiyəyə F-35 döyüş təyyarələrinin satışını dayandıra biləcəyi və Ankaraya qarşı sanksiya tətbiq edə biləcəyini açıqlayıb.