İran İnqilab Keşikçiləri Ordusunun komandanı Sistan və Bəlucistan əyalətində törədilən terror aktlarının qısasını almaq üçün prezident Həsən Ruhanidən icazə istəyib.
Baki-xeber.com xəbər verir ki, general Məhəmməd Əli Cəfəri bunu İsfahan şəhərində terror hücumunda həyatını itirən əsgərlərin dəfn mərasimində deyib.
Komandan, İran İnqilab Keşikçiləri Ordusunun əsgərlərini hədəf alan terror hücumunun arxasında olduğunu iddia etdiyi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı "intiqam əməliyyatları" üçün Prezident Həsən Ruhanidən icazə istəyib: "İntikam əməliyyatları üçün prezidentdən icazə istəyirik. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrliklərindən intiqam alacağıq".
Onun sözlərinə görə, hər iki ölkənin kəşfiyyat xidmətləri İran-Pakistan sərhədində yerləşən bir bölgədə təxribatçı fəaliyyətlə məşguldurlar.