Iraqın sabiq prezidenti Səddam Hüseynin nəvəsi 2003-cü ildə ölkədən necə qaçmaları haqda ilk dəfə olaraq yazdığı kitabda məlumat verib.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, sabiq prezidentin nəvəsi Harir Hüseyn Kamil “Səddam nəvəsi” adlanan kitabı ilə bağlı repotrajda 2003-cü ildə ABŞ əsgərlərinin İraqa girməsindən sonra bütün ailə üzvlərinin ölkəni tərk etdiklərini deyib.
“Ölkəni tərk etdiyimiz gecə soyuq və qaranlıq idi. Səddamın qızarı Rağad (anası) və Rananın uşaqları ilə Mosulda olduqları xəbəri sızdırıldıqdan sonra ölkəni tərk etdik. Biz uşaqlar və qadınlar təhlükəsizliyə görə, İraq-Suriya sərhədini piyada keçdik. Bu bizim üçün risq idi. Suriya ordusu orada insanların olduğunu bilsəydi, atəş açacaqdı, buna icazələri vardı. Bir neçə gün Suriyada qaldıq. Daha sonra İordaniya Haşimilər Krallığı tərəfindən qonaq edilərək burada qalmalı olduq. İraq pasportuna sahib olmadığımız üçün bizə burada pasport verildi. Hətta aylıq vəsait və qalmaq üçün ev də verildi. Hazırda da biz bu şəraitdə yaşayırıq" – deyə o bildirib..
Kamil Səddamın ailəsinin, xüsusən də anası, özü və bacılarının davamlı olaraq ölüm təhdidləri aldıqlarını bildirib. O İraqı tərk etdikdən sonra İngiltərədən yaşamaq üçün təklif aldıqlarını deyib: "Ancaq bu təklif digər ölkələrdə olduğu kimi siyasi fəaliyyətlə məşğul olmamaq şərtilə edildi".
Kamilin "Səddamın nəvəsi" kitabı bir meddət əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Şarika şəhərində keçirilən 37-cü Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilib.
Kitabın son fəsli Səddam Hüseynin edamı haqdadır.