Federal Təhqiqatlar Bürosu (FBI) rəhbərinin keçmiş müavini Endri Makkeyb 2017-ci ildə ABŞ prezidenti Donald Trampın vəzifədən kənarlaşdırılmasının müzakirəyə çıxarıldığını iddia edib.
Baki-xeber.com xəbər verir ki, CBS kanalına açıqlama verən E.Makkeyb bunun, Trampın keçmiş FBİ drektoru Ceyms Komeyi vəzifədən azad etməsindən dərhal sonra baş verdiyini deyib.
E.Makkeyb bildirib ki, Tramp 2017-ci il mayın 9-da Komeyi vəzifədən uzaqlaşdırdıqdan sonra bununla bağlı istintaq başlayıb.
E.Makkeyb iddia edib ki, Komeyin qovulmasından dərhal sonra Ədliyyə Nazirliyinin rəhbərliyi ABŞ prezidentinin vəzifədən azad edilməsinə imkan tanıyan Konstitusiyanın 25-ci maddəsini müzakirəyə çıxarıb. Onun iddialarına görə, 25-ci maddə nazirlikdə bir toplantıda masaya yatırılıb.