Suriyanın bərpasına lazım olan maliyyəni ABŞ-ın əvəzinə Səudiyyə Ərəbistanı verəcək. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Twitter hesabında yazıb.
"Səudiyyə Ərəbistanı, Suriyanın yenidən qurulmasına kömək etmək üçün lazım olan pulu ABŞ-ın əvəzinə ödəməyə razılaşdı. Gördünüzmü? ABŞ-ın əvəzinə böyük firəvan ölkələr qonşularının bərpasına kömək edərsə yaxşı olmazmı? Təşəkkürlər Səudiyyə Ərəbistanı” – Tramp yazıb.