Pakistan məhkəməsi korrupsiyada ittiham edilən ölkənin keçmiş baş naziri Nəvaz Şəriflə bağlı qərarı açıqlayıb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, keçmiş baş nazir 7 il müddətinə azadlıqdan məhrum edilib.
İslamabad Antikorrupsiya Məhkəməsində Əl Əziziyyə Polad Kombinatında və “Flagship İnvestment” şirkətində korrupsiya faktına dair ayrıca iki proses keçirilib. Birinci məsələ ilə bağlı sabiq hökumət başçısı 7 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa baş nazir 2,5 milyon ABŞ dolları məbləğində cərimə olunub. İkinci məsələ ilə bağlı isə bəraət alıb.
Xatırladaq ki, bu il iyulun 6-da N.Şərif korrupsiyaya dair daha bir cinayət işi üzrə 10 il həbs cəzasına və 8 milyon dollarlıq cəriməyə məhkum olunmuşdu. Maliyyə Məsuliyyəti üzrə Məhkəmə iyul ayında Şərifin qızı Məryəm və kürəkəni Məhəmməd Safdar Avanı korrupsiyaya görə məhkum etmişdi.