“Fəratın şərqindəki terrorçuları yox etməmizə heç kim mane ola bilməz”. Baki-xeber.com “Euronews”a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib.
Fransa prezidenti Emmanuel Makronun Suriyada üzrə nümayəndəsi Fransua Senemandın PKK/YPG təmsilçiləri ilə görüşünü sərt tənqid edən Çavuşoğlu bununla bağlı rəsmi Parisə xəbərdarlıq edib. "Əgər bu danışıqlar ABŞ çəkildikdən sonra YPG və PKK-nı qorumaq məqsədi daşıyırsa bunu unutmasınlar, necə ki Fərat Qalxanı ilə 4 mindən çox İŞİD terrorçusunu məhv etdik, Afrində əməliyyatın qarşısını ala bilmədilərsə, Fəratın şərqində də bu terrorçuları yox etməyimizə heç kim kim mane ola bilməz" - Çavuşoğlu deyib.