ABŞ prezidenti Donald Tramp Twitter-də, Suriyadan çəkilmək məsələsi və İŞİD-lə bağlı mesajlar paylaşıb.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Tramp, Suriyaya dair xəbərlərin əksəriyyətinin yalan olduğunu deyib.
Suriyadan çıxmaqla bağlı isə "Prezident olduğumda, İŞİD lap vəhşiləşmişdi. İŞİD indi böyük ölçüdə məğlubiyyətə uğradılıb. Türkiyənin də aralarında olduğu digər bölgə ölkələr İŞİD-dən qalan nə varsa çarəsinə baxmalıdır. Biz evə qayıdırıq" ifadələrini işlədib.