Fransada “sarı jiletlilər”in etiraz aksiyasında növbəti ölüm hadisəsi baş verib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Perpignan şəhərində yaşanıb.
Məlumata görə, bir sürücü avtomobilini, aksiya keçirən “sarı jiletlilər”in bağladığı yolda gözləmək məcburiyyətində qalan digər avtomobillərə çırpıb.
Hadisə nəticəsində 36 yaşlı sürücü ölüb. Yolu bağlayan etirazçılara qarşı cinayət işi açılıb
Bununla da, “sarı jiletlilər”in etiraz aksiyasında ölənlərin sayı 10-a yüksəlib.