Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamalarla çıxış edib. Türkiyə lideri bəyan edib ki, artıq hamı qəbul etməlidir ki, terrorçulara yer verməklə, şəhərin meydanlarını terrorçulara ayırmaqla Türkiyənin dostluğunu qazanmaq olmaz. “Bütün dünya bilir və bilməlidir ki, biz təhdid siyasətinə, təxribatlara, başlıq altında çubuq göstərmək hiyləsinə boyun əyməyəcəyik”, - deyə Türkiyə Prezidenti vurğulayıb.