Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Rossiyskaya qazeta" üçün yazdığı məqalədə çox kritik mövzulara toxunub. Sabiq Rusiya liderinin məqaləsindəki ən diqqətəçəkən məqam nüvə müharibəsi barədə düşündükləridir. O qeyd edib ki, üçüncü dünya müharibəsi başlasa, heç kimə qələbə gətirməyəcək. Yer kürəsinə epidemiyalar və aclıq gələcək.
Medvedev qeyd edib ki, milyonlarla şəhərin xarabalığa çevrildiyi, həddindən artıq elektromaqnit impulsuna görə elektrik enerjisinin olmadığı dünyada qələbə mümkün deyil.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin sözlərinə görə, dünya Karib böhranı zamanı olduğundan daha pis bir qarşıdurma içərisindədir.
Mətləb