Türkiyədə qəribə hadisə baş verib. Suriyadan gələn köçkün ailələrdən olan yenyetmə Şanlıurfada Atatürkün heykəlinin üzərinə çıxıb. Artıq şübhəli bilinən şəxs saxlanılıb. “TRT Haber” bu barədə xəbər yayıb. Şanlıurfa valiliyinin yazılı açıqlamasında, bəzi sosial media hesablarında “Suriyalı gəncdən həddini aşan hərəkət: Ataya hörmətsizlik” başlıqlı yazıların olduğu qeyd edilib. Bildirilib ki, təhlükəsizlik qüvvələri Suriya əsilli şəxsi şübhəli qismində nəzarətə alıb. Qeyd olunub ki, vilayətdə bu və buna bənzər təxribat xarakterli hərəkətlərə qətiyyən yol verilməyəcək.
Mətləb