Son günlər bir sıra Avropa ölkələrində İslam dininə qarşı olan radikal qruplar tərəfindən “Quran”ın yandırılması Roma Papası Fransiski də hiddətləndirib. O, Stokholmda “Quran”ın yandırılmasından hiddətləndiyini və belə hərəkətlərə nifrət etdiyini bildirib.
Roma Papası “Al Ittihad” qəzetinə müsahibəsində qeyd edib ki, Söz azadlığından heç vaxt başqalarını təhqir etmək üçün bəhanə kimi istifadə olunmamalıdır: “Mən hiddətlənirəm, mən bu cür hərəkətlərə nifrət edirəm. Xalqın müqəddəs hesab etdiyi istənilən kitaba dindarlara hörmət baxımından ehtiramla yanaşmaq lazımdır. Söz azadlığından heç vaxt başqalarını təhqir etmək üçün bəhanə kimi istifadə olunmamalıdır”.
Mətləb