Fransada iyulun 3-nə kimi 4 şəhərdə komendant saatı elan edilməsinə baxmayaraq, etirazlar davam edir. Parisin şərqində meriya binası, maşınlar yandırılıb, mağazalar talan edilib.
Fransada nəzarəti itirən Makronun etirazları sakitləşdirmək üçün Fransa xüsusi təyinatlılarından istifadə edəcəyi ilə bağlı məlumatlar yayılıb.
Məlumata görə, Fransa hökuməti ölkədə üsyanın qarşısını almaq üçün 45 min polis və jandarm səfərbər edib. Britaniyanın “Teleqraf” qəzetində yer alan məlumata görə, görülən tədbirlərin əhatə dairəsi daha da genişləndirilir və polisə dəstək vermək üçün elit GIGN komandoları (Fransa xüsusi təyinatlıları) keçələrə çıxarılır.
Beynəlxalq qurumların verdiyi son məlumata görə, polis xüsusilə turistlərin cəmləşdiyi ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirib. Marselə zirehli texnika və helikopterlər göndərilib.
TAHİR