Avropa İnsan Haqları Məhkəməsi “Saakaşvili Ukraynaya qarşı” işi üzrə yekun qərarını bəyan edib. Belə ki, Strasburq məhkəməsinin bəyanatında Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin 2017-ci ildə Ukrayna vətəndaşlığından məhrum edilməsi ilə bağlı müraciətinin yekdilliklə rədd edildiyi bəyan edilib.
Qeyd olunub ki, 2015-ci ildə Ukrayna vətəndaşlığı qəbul etmiş Saakaşvili bu ölkənin siyasətində aktiv şəkildə iştirak edib. Saakaşvili 2017-ci ildə vətəndaşlıqdan məhrum edilməsi, həmçinin həbsi və Ukraynadan çıxarılması nəticəsində insan haqlarının pozulduğunu iddia edib. O, Avropa İnsan Haqları Konvensiyasının alçaldıcı və qeyri-insani rəftar, şəxsi həyatın toxunulmazlığı, sərbəst toplaşmaq azadlığı, bəraət hüququ və hüquqlarından istifadənin məhdudlaşdırılmasını ilə bağlı maddələrinə əsaslanaraq məhkəməyə müraciət edib.
Mətləb