Fransada son bir neçə gündə polisin "saxla" xəbərdarlığına əməl etməyən 17 yaşlı yeniyetmənin polis tərəfindən vurularaq öldürülməsindən sonra başlayan etirazlar səngimək bilmir. Paytaxt Paris, Marsel və Strasburq da daxil olmaqla, ölkənin bir çox şəhərlərində etirazlar daha da şiddətlənib.
Xaosun hökm sürdüyü Fransada təhlükəsizlik qüvvələri etirazları yatırtmaq üçün böyük səylər göstərsə də, hökumət fövqəladə vəziyyət də daxil olmaqla bir çox tədbirləri masada saxlayır. Bir çox şəhərlərdə şiddətli toqquşmalar baş versə də, son xəbərlər vəziyyətin ciddiliyini ortaya qoyur.
Etirazçılar ictimai binaları, mağazaları, bankomatları və nəqliyyat vasitələrini yandırıb, bəzi mağazaları qarət ediblər. Parisin cənubundakı Klişi-sous-Bois şəhərində nümayişçilər şəhər məclisinin binasını yandırıblar, Marsel şəhərində kitabxana talan edilib.
Nümayişlərin dördüncü günündə polislə etirazçılar arasında baş verən qarşıdurmada bir nəfər həlak olub. Fransa polisindən verilən açıqlamada qarşıdurma zamanı həyatını itirən 20 yaşlı gəncin mağazanın damından yıxıldığı bildirilib.
Fransanın daxili işlər naziri Gerald Darmanin ölkədə baş verən hadisələrdə min nəfərin saxlanıldığını və saxlanılanların orta yaşının 17 olduğunu açıqlayıb.
TAHİR