Kramatorsk şəhərində 2 ukraynalı general öldürüb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov məlumat yaayıb.
Konaşenkov Rusiya ordusunun raket və artilleriya bölmələrinin son sutkada Ukrayna əsgərlərinin mövqelərinə və texnikasına hücumlar təşkil etdiyini deyib: "Donetsk Xalq Respublikasının Vyemka kəndi yaxınlığında Ukrayna ordusuna məxsus silah-sursat anbarı məhv edilib. Xarkov vilayətinin Vasiltsovka və Donetsk Xalq Respublikasının Peşanoye yaşayış məntəqələri yaxınlığında ABŞ istehsalı olan 2 ədəd AN/TPQ-50 radar stansiyası vurulub”.
Konaşenkov bildirib ki, iyunun 27-də Ukrayna Silahlı Qüvvələrinin 56-cı motoatıcı briqadasının Donetsk Xalq Respublikasının Kramatorsk şəhərindəki müvəqqəti dislokasiya məntəqəsinə yüksək dəqiqliklə hücumu nəticəsində qərargah iclasında iştirak edən 2 general, təxminən, 50 zabit və 20-yə yaxın əcnəbi muzdlu və hərbi məsləhətçi öldürülüb.
HIMARS çoxlüləli reaktiv yaylım atəşinin Rusiya müdafiə sistemləri tərəfindən bloklandığını bildirən Konaşenkov daha sonra deyib: “Bu günə qədər 444 təyyarə, 240 helikopter, 4 min 823 pilotsuz uçuş aparatı, 426 hava hücumundan müdafiə raket sistemi, 10 min 402 tank və zirehli texnikası, Ukraynaya məxsus 1133 ədəd çoxbarelli reaktiv yaylım atəşi sistemi, 5269 haubitsa və minaatan, 11276 hərbi texnika məhv edilib”.
Tahir TAĞIYEV