Macarıstanın Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə 2022-ci ildə aralarında olan dialoq barədə “Bild” nəşrinə səs-küy yaradacaq açıqlama verib. O alman nəşrinə olan müsahibəsində qeyd edib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlamazdan iki-üç həftə əvvəl Prezident Vladimir Putin ona Ukrayna ordusunun çox güclü və yaxşı hazırlıqlı olduğunu deyib. Macarıstanın Baş nazirinin sözlərinə görə, Putinlə görüş zamanı Ukrayna haqqında çox danışıblar. Rusiya prezidenti qeyd edib ki, Ukrayna ordusu Qərb ölkələri ilə yaxşı təchiz olunub, Ukrayna əsgərləri isə yaxşı hazırlaşıblar. Orbanın sözlərinə görə, Putin bildirib ki, hərbi münaqişə başlasa, "çox ağır"olacaq.
Mətləb Salahov