Rusiya prezidenti Vladimir Putin “Vaqner” muzdlu qruplaşmasının xərclərinin dövlət tərəfindən qarşılandığını bildirib. Putin bu barədə Kremldə əsgərlərlə görüşündə açıqlama verib.
Putin muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin qiyamına toxunaraq deyib ki, son bir ildə dövlət tərəfindən "Vaqner"ə 1 milyard dollar ödənib: “Üsyan yatırılmasaydı, ölkədə xaos qaçılmaz olardı və düşmən də təbii ki, bundan istifadə edərdi. Artıq bunu etməyə çalışırlar, amma bacarmırlar.
“Vaqner" qrupunun bütün xərcləri dövlət tərəfindən qarşılanıb. Təkcə 2022-ci ilin may ayından 2023-cü ilin may ayına qədər “Vaqner” şirkətinə 86 milyard 262 milyon rubl (1 milyard dollar) ödənilib”.
Putin ad çəkmədən “Konkord şirkətinin sahibi” kimi qeyd etdiyi “Vaqner” lideri Yevgeni Priqojinin Müdafiə Nazirliyi ilə bağladığı müqavilələrdən 1 il ərzində 80 milyard rubl qazandığını ifadə edərək, “Ümid edirəm ki, heç kim heç nə oğurlamayıb, ya da az şey oğurlayıb. Biz də bu məsələ ilə məşğul olacağıq”, - deyə o bildirib.
TAHİR