Prezident Putinə qarşı qiyam qaldıran Rusiyanın muzdlu qruplaşması “Vaqner”in lideri Yevgeni Priqojinin Sankt-Peterburq ofisində aparılan axtarış zamanı böyük miqdarda nağd pul müsadirə edilib.
Rusiya İstintaq Agentliyi “Fontanka”dan bildirilib ki, Sankt-Peterburqda Trezzini otelində “Vaqner” rəhbəri Priqojinin ofisi olduğu iddia edilən yerin yaxınlığında park edilmiş halda, külli miqdarda nağd pulla dolu mikroavtobus aşkarlanıb.
“Fontanka”nın məlumatına görə, səlahiyyətli orqanlar tərəfindən aparılan axtarış zamanı aşkar edilən nağd pulun məbləği 4 milyard rubl (təxminən 47 milyon dollar) olub.
Mətbuatda yayılan xəbəri Priqojin də Telegram kanalından səsli mesajla təsdiqləyib. O, mikroavtobusda və iki avtobusda saxladığı pulun həm maaşlara, həm də “Karqo 200” kodu ilə öldürülən döyüşçülərin ailələrinə kompensasiya üçün nəzərdə tutulduğunu iddia edib: “Vaqner 10 ildir həmişə nağd pulla işləyib”.
Tahir TAĞIYEV