Rusiya Hərbi Hava Qüvvələri "Vaqner" muzdlu silahlılarını vurmağa başlayıb.
Bildirilir ki, Voronejdən Moskvaya doğru irəliləyən "Vaqner"in hərbi karvanına zərbələr endirilməyə başlanıb
"Vaqner" isə Rusiyada vətəndaş müharibəsinin rəsmi başladığını elan edib.
“Vaqner”in rəisi Yevgeni Priqojin ölkənin cənubundakı Rostov şəhərində “bütün hərbi obyektləri” ələ keçirdiklərini bildirib.
Onların Moskvadan təxminən 500 km (310 mil) cənubda yerləşən Voronej şəhərində də hərbi obyektlərə nəzarəti ələ keçirdiyi bildirilir.
TAHİR