Moskvada antiterror əməliyyat rejiminin tətbiq edilməsi ilə əlaqədar olaraq bütün kütləvi tədbirlər təxirə salınıb.
Trend xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin məlumat verib.
Bundan başqa, şəhərdəki mühüm obyektlər gücləndirilmiş mühafizəyə götürülüb və təhlükəsizlik tədbirləri artırılıb.
Həmçinin, Moskvanın Nəqliyyat Departamentinin rəsmi Telegram kanalında dərc olunan məlumata görə, Moskvadan cənub istiqamətində regionlararası avtobus reyslərinin ləngiməsi və təxirə salınması mümkündür.