Rusiya satqınlıqla üzləşib. Trend şənbə günü xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Birliyimizi parçalayan hərəkətlər əslində xalqına qarşı dönüklükdür. Bu, ölkəmizə və xalqımıza arxadan vurulan zərbədir. 1917-ci ildə ölkəmiz Birinci dünya müharibəsini aparanda da bu cür arxadan zərbə almışdı. Qələbəni ölkəmizdən oğurladılar. Biz xalqımızı və dövlətçiliyimizi istənilən təhlükələrdən, o cümlədən daxili satqınlardan qoruyacağıq. Üzləşdiyimiz isə məhz satqınlıqdır. Ambisiyalar və şəxsi maraqlar onların öz ölkəsinə, xalqına xəyanət etməsinə səbəb oldu", - o deyib.
Putin deyib ki, Rusiya vətəndaşı olaraq ölkəni müdafiə etmək üçün hər şeyi edəcəyəm, qətiyyətli addımlar atılacaq.
"Rusiya öz gələcəyi üçün sərt mübarizə aparır. Qərbin bütün hərbi və informasiya maşını Rusiyaya qarşı yönəlib. Xüsusi əməliyyat zamanı istənilən fitnəyə son qoyulmalıdır, indi xalqımızın taleyi həll olunur. Bu bizə qarşı xəyanətdir, arxadan zərbədir. Bunu edənlər qanun qarşısında cavab verəcək", - V.Putin deyib